Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Xaləddin İsgəndərov hələ də problemli günlərini yaşayır...

Xaləddin İsgəndərov hələ də problemli günlərini yaşayır...


4-06-2015, 14:39
Xaləddin İsgəndərov hələ də problemli günlərini yaşayır...
Ötən günlərdə Bizimxeber.az olaraq Hesablama Palatasının Binəqədi İcra Hakimiyyətində yolxlamalar aparması barədə məlumat vermişdik. Redaksiyaya etibarlı mənbələrdən daxil olan məlumatda qeyd olunurdu ki, yuxarı instansiyalara rayondakı məlum problemlər və onların həlli zamanı yaranan əngəllər barədə xeyli sayda şikayət məktubu göndərilib.
Eyni zamanda bu növ şikayətlərin mətbuatda ardıcıl olaraq işıqlandırılması vəziyyəti bi qədər də çətinləşdirib. Bildirilir ki, Binəqədi rayonunda ciddi problemlər movcuddur. Rayona nəzarəti öz yaxın qohumlarına tapşıran Xaləddin İsgəndərov oğlunu bir qədər də irəli çəkib.
İdarə müdirləri ilə icra başçısı kimi davranan oğulun bu hərəkəti ciddi problemlərə yol açır. Elə məlum problemlərin biri də baş verdi. 15 nəfərin ölümü ilə tarixə yazılan məlum yanğın hadisəsi bunun bariz nümunəsi idi.
Bizimxeber.az-a daxil olan məlumata görə, baş verən yanğından sonra yoxlamalar daha ciddi şəkilə aparılıb. Nəticələr içtimaiyyətə aşıqlanmasa da, kifayət qədər maliyyə yeyintiləri ilə yanaşı ciddi qusurlar aşkarlanıb. Bütün məlumatlar yuxarı instansilayalara çatdırılıb. Redaksiyaya daxil olan məlumata görə, icra başçısı Xaləddin İsgəndərov yoxlamanın nəticələrinə müdaxilə etmək istəsə də, buna nail ola bilməyib.
Həmçinin oğlunu bir qədər kənara çəkməklə baş verənlərlə bağlı məsuliyyəti idarə və şobə müdirlərinin üstünə atmaq cəhdləri narazılıqla qarşılanıb. Artıq bir neçə idarə müdiri vəzifədən uzaqlaşmaq üçün yollar axtarır. Hətta onlardan bir neçəsi xəstəxanaya da müraciət edib ki, guya səhhətlərində problem var. Bir sözlə, icra başçısı Xaləddin İsgəndərovun yaxın vaxtlarda, daha doğrusu yanan binadakı təmit-tikinti işləri bitəndən sonra postdan uzaqlaşdırılması qaçılmazdır. Həbs ehtimalı da mümkündür.
Mövzünü diqqətdə saxlayırıq.

Geri qayıt