Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səlim Müslümov bu məsələyə müdaxilə etməlidir...

Səlim Müslümov bu məsələyə müdaxilə etməlidir...


6-06-2015, 11:00
Səlim Müslümov bu məsələyə müdaxilə etməlidir...
Ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən Əhalinin Sosial Müdafiə Mərkəzlərinin fəaliyyətlərinin araşdırılması və obyektiv qiymətləndirilməsi məsələsi aktual mövzulardan biri kimi hər zaman mətbuatın diqqət mərkəzində qalmaqdadır. Təəssüflər olsun ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən ƏSMM-lərdə baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər. Redaksiyamıza daxil olan məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. Maraqlıdır ki, Nazir Səlim Müslümov neqativ hallara qarşı barışmaz mövqeyini təyinatının ilk günlərindən ortaya qoysa da, onun rəhbərlik etdiyi qurumda heç də hər kəs bu qaydalara riayət etmir. Nazirin belə hallara qarşı kəskin və barışmaz mövqeyi belə rüşvət və korrupsiya hallarının qarşısının alınmasında yetərli görünmür. O cümlədən, son vaxtlar Oğuzdan aldığımız məlumatlarda bu rayonda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Samir Yaqubovun özbaşınalıqlarından doğan narazılıqlar öz əksini tapmaqdadır. Daxil olan şikayət məktublarında mərkəz direktorunun yol verdiyi qanun pozuntularına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi zərurəti vurğulanır. Bu məmurun öz fəaliyyətində yol verdiyi ciddi qanun pozuntularına dair müxtəlif açıqlamalar isə ölkə mətbuatına ünvanlanan məlumatlarda da əks olunur. Oğuzun Bayan, Böyük-Söyüdlü, Kərimli, Qumlaq, və bir çox digər kəndlərindən daxil olan məlumatlarda bildirilir ki, məhz Samir Yaqubov rayonun sosial müdafiə sahəsində baş verən bütün neqativ hallara birbaşa rəhbərlik edir. Onun göstərişi və təpkisi ilə ƏSMM-nin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirlər. Bu xüsusda redaksiyamıza daxil olan açıqlamalarda da bildirilir ki, Oğuz ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Samir Yaqubovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları artıq kütləvi xarakter almışdır. Mənbələr bildirirlər ki, mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölünməsi adi hala çevrilmişdir. Yardımdan yararlananlar isə əslində buna ehtiyacı olmayanlar olur. Bu sahədə ədalət prinsiplərinin pozulması səbəbindəndir ki, Oğuz ƏSMM-nin özünün, xüsusilə də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir. Məlumatlarda vurğulanır ki, Samir Yaqubovun vətəndaşlara ayrılan sosial yardımın bir hissəsini mənimsəməyə yönəlmiş cəhdləri hətta dəfələrlə Oğuz ƏSMM-də xoşagəlməz insidentlərin yaşanmasına səbəb olub. Belə ki, rayon sakinlərindən bir qismi sosial yardım almaq məqsədilə ƏSMM-nə müraciət etdikləri zaman Samir Yaqubovun tələbləri ilə razılaşmaqdan imtina edirlər. Nəticədə isə, tərəflər arasında yaranan münaqişələr bəzən hətta əlbəyaxa dava ilə də sonlanır. Digər tərəfdən isə məlumatlarda bildirilir ki, Oğuz rayonunda daha çox ünvanlı sosial yardımlar sahibkarlıqla məşğul olan imkanlı insanlara verilir.

Geri qayıt