Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Arzu Rəhimovun Nərimanov rayonundakı adamından xəbəri varmı?
Arzu Rəhimovun Nərimanov rayonundakı adamından xəbəri varmı?6-06-2015, 11:21 |
DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsis olunandan sonra bu sistemdə əvvəlindən müşahidə olunan özbaşınalıqların yığışacağına kifayət qədər ümidlər var idi. Amma görünəni odur ki, köhnədən qalma kadrlarla yürüməyə davam edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərisi Arzu Rəhimovun məqsədi problemlərin həlli yox, bu sahəyə biznes marağı kimi baxılmasının davamı olub. DİA.AZ bildirir ki, elə buna görə də bu gün SHXÇDX-nin ayrı-ayrı rayonlardakı şöbələrində rəsmən bazar qaydaları hökm sürməkdədir. Redaksiyamıza müraciət edən Bakının Nərimanov rayon sakini Əziz Sultanov iddia edir ki, bu rayonda hərbi səfərbərlik sisteminin başlıca məramı SHXÇDX-nin Nərimanov idarəsinin rəisi Qəşəm Mahmudova gəlir gətirməyə xidmət edir. Mənbə dia-az.life-a yazır: "SHXÇDX-nin Nərmianov şöbəsində hazırda bazar qaydaları jökm sürür. Pulu olanlar övladlarını asanlıqla hərbi xidmətdən yayındırır. Kasıb balaları isə hətta xəstə olduqları halda belə orduya cəlb olunurlar. Belə bir siyasətlə ordumuzun hansı keyfiyyətdə olduğunu təsəvvür etməyin özü belə dəhşətlidir. Diqqət yetirin, hansısa işbaz məmurun səbəbindən ordumuza xəstə əsgərlər cəlb olunur ki, bu da təkcə sıradan cinayət hadisəsi kimi qəbul olunmamalıdır". Onu da bildirək ki, Narazı vətəndaş dia-az.life-a bu çağırış sezonunda orduya cəlb olunan və olunacaq xəstə çağırışçıların siyahısını da təqdim edib ki, bu və digər faktları növbəti daha geniş araşdırmamızda diqqətinizə təqdim edəcəyik... Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |