Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Qovlar Təmir Tikinti” MMC-yə son üç ildə ayrılan vəsait 70 milyon manat olub
“Qovlar Təmir Tikinti” MMC-yə son üç ildə ayrılan vəsait 70 milyon manat olub8-06-2015, 14:12 |
Ötən həftə Tovuz rayon icra başçısı Tofiq Zeynalov və birinci müavini qudası Mahir Həsənovun “Qovlar Təmir Tikinti” MMC vasitəsi ilə dövlətdən ayrılan milyonlarla manat vəsaitin necə xərclənməsi və rayondakı bütün abadlıq, tikinti, təmir işlərinin məhz bu şirkətə verilməsi ilə bağlı məlumat vermişdik. DİA.AZ bildirir ki, AzFakt.com-un apardığı əlavə araşıdırmada isə şok faktlar üzə çıxıb. Yenə həmin şirkət, “Qovlar Təmir Tikinti” MMC yə verilən bir çox tenderlər üzə çıxıb. Belə ki, apardığımız araşdırmada məlum oldu ki, 2012-ci ildən Tovuz rayonunda həm daxili büdcədən həmdə dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitlik tenderlərin qalibi məhz Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Mahir Həsənova məxsus olduğu iddia edilən şirkətə verilib. “Qovlar Təmir Tikinti” MMC-yə ayrılan məbləğ isə nə az, nə çox, 70 milyon manat olub. Qeyd edək ki, Mahir Həsənov Tovuz rayon İcra Hakimiyyəti başçısı Tofiq Zeynalovun qudasıdır və iki yaxın qohumun bir rayonda iki ən yüksək vəzifədə çalışması qanunlara ziddir. Son 3 ildə rayonun Qazıqulu kəndində 1, Qovlar şəhərində 1, Tovuz şəhərində 2, Məşədivəlilər kəndində 1, Səfərli kəndində 1 məktəb binası inşa edilib ki, bu tikinti işlərini məhz “Qovlar Təmir Tikinti” MMC həyata keçirdib. Yalnız Papaqçılar kəndində 180 şagird üçün inşa edilən məktəbi başqa bir şirkət “Çarbağ” MMC tikib. Ancaq adını çəkdiyimiz şirkətin də başçı müavini Mahir Həsənova yaxın bir şəxsə aid olduğu deyilir. Bundan başqa rayon daxili büdcəsi hesabına bir çox kəndlərdəki baxçaların yenidən təmir edilməsi, parkların, xiyabanların cari təmiri, səkilərin təkrar üzlənməsi və sair işlərin tender qalibi bir qayda olaraq “Qovlar Təmir Tikinti” MMC şirkəti olub. İnformasiya mənbəmiz bildirir ki, rayon icra hakimiyyətinin daxili büdcəsindən təkcə bu işlərin görülməsi üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitlərin necə xərclənməsini rayon icra başçısı Tofiq Zeynalov və birinci müavini, qudası Mahir Həsənov daha yaxşı bilirlər. Ancaq hər il eyni parkı, eyni xiyabanı və eyni səkiləri yenidən abadlaşdırmaq sadəcə dövlət büdcəsini talamaqdır və bunun başqa adı yoxdur. 2012, 2013, 2014 cü illərdə Tovuz şəhərinin abadlaşdırılması üçün həm dövlət büdcəsindən həmdə daixli büdcədən eyni yerləri təmir və abalaşdırmaq üçün “Qovlar Təmir Tikinti” MMC-yə üst-üstə 9,7 milyon manat vəsait ayrılıb. Həmçinin Tovuz şəhərində yaşayış mənzillərinin tinkintisi, binaların fasadlanması, mənzil fondlarının dam örtüyünün dəyişdirilməsi işlərinə isə ümumilikdə 20 milyondan çox vəsait xərclənib. Bununla belə rayondakı kənd yollarının və şəhər küçələrinin yenidən asvaltlanması işləri üçün isə adı çəkilən şirkətə son üç ildə 30 milyona yaxın vəsait köçürülüb. Buna baxmayaraq yollar xaraba vəziyyətdədir və «təmirdən» həmən sonra sıradan çıxır. Bizim apardığımız araşdırma təkcə son üç ilin rəqəmləridir. Yəni “Qovlar Təmir Tikinti” MMC 2012-ci ildə yaranmayıb bu şirkətin Tofiq Zeynalov icra başçısı olduğu ilədən Tovuzda abadlıq, tikinti təmir işləri ilə məşğul olduğu deyilir. Son üç ilin rəsmi rəqəmlərini hesablayanda isə ortaya fantastik bir rəqəm çıxır. “Qovlar Təmir Tikinti” MMC 70 milyon, (70000000), manat dövlət vəsaitini «xırd» edib. Yəqin ki, hara və necə «xırd» etdiyini əlaqədar dövlət qurumları araşdırsalar yaxşı olar. O zaman ortaya çıxan korrupsiya və mənimsəmə mənzərəsi doğurdan qorxunc ola bilər. Göründüyü kimi adı ölkədə heç kimin tanımadığı bir şirkətin təkcə üç ildə gördüyü işlər 70 milyon manatdır. Ancaq məsələnin əsas qaranlıq məqamı bu şirkətin məhz icra başçısı Tofiq Zeynalovla, müavini və eyni zamanda qudası qudası Mahir Həsənova məxsus olmasıdır.Çünki hər iki məmura bağlı olan bir şirkətin nə qədər şəffaf, təmiz iş görməsi heçdə inandırıcı görünmür. Hələ 2012-ci ildən öncəki illərdə bu şirkətin hansı işlər görməsi nə qədər büdcə vəsaitini məniməməsi isə, tamam başqa bir araşdırmanın mövzusudur. Onuda qeyd edək ki, Tovuzdakı mənbəmizin iddiasına görə, bir neçə il öncə şəhərdə həyata keçirilən kanalzasiya və su borularının çəkilişi zamanı rayon həyata keçirilən milyonluq asvaltlanma işinidə “Qovlar Təmir Tikinti” MMC həyata keçirib. Həmin asvaltlanma işində isə küçələrə qoyulan asvaltın qiyməti şişirdilib və külli miqdarda vəsait “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə birgə mənimsənilib. Mənbəmizin bizə verdiyi bu məlumatla bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza daha təfərrüatlı faktlar təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Geri qayıt |