Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacı İbrahim 600 milyon krediti kimlərin adına alıb?

Hacı İbrahim 600 milyon krediti kimlərin adına alıb?


17-06-2015, 14:59
Hacı İbrahim 600 milyon krediti kimlərin adına alıb?
Diasporla iş üzrə dövlət komitəsinin sədri, “Kredit qalmaqalı”na görə həbs edilən, sonradan borcunun bir qismini ödədiyinə azadlığa buraxılan Hacı İbrahim Nehrəmlinin Beynəlxalq Banka borcu heç də 78 milyon manat deyil

PİA.AZ xəbər verir ki, bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, onun açıqladığı bu məbləğ yalnız prezidenti olduğu “Avesta Konserni” MMC-nin borcudur.

Bildirilir ki, nədənsə Hacı İbrahim Nehrəmli faktiki olaraq ona məxsus olan başqa şirkətlərin adına rəsmiləşdirlən kreditləri “unudur” və indi onlar bəzi məsələləri iş adamının yadına salmaq, eləcə də cəmiyyətin aldadılmasının qarşısını almaq istəyirlər.

Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu şirkətin işçilərinin məlumatına görə, yalnız Gəncə şəhər icra hakimiyyətinin keçmiş başçısı Eyvaz Babayevin direktoru olduğu “Həsən-96″ MMC-yə Beynəlxalq Bankın ”ABB Premyer Müştəri Xitməti” Filialı tərəfindən ayrılmış kreditin məbləği 50 milyon 776 min manatdan çoxdur. May ayının əvvələrində isə “Həsən-96″ MMC-nin banka borcu 70 milyon manata çatıb.

Hacı İbrahim Nehrəmlinin qaynı Ələsgər Nadirovun rəhbərlik etdiyi “Həsən-96″ Mənzil Tikinti Kooperativinin adına 25 milyon manatdan artıq kredit rəsmiləşdirilib. ”Həsən-96″ MMC və “Həsən-96″ MTK-nın adları Hacı İbrahim Nehrəmlinin kiçik oğlu Həsənin adını və təvəllüdünü bildirir.
Ancaq həm Eyvaz Babayevin, həm də qaynı Ələsgər Nadirovun adına rəsmiləşdirələn kreditlərin məbləği Hacı İbrahim Nehrəmlinin baldızı oğlu İlqar İbrahimovun rərbərlik etdiyi şirkətlərin adına rəsmiləşdirilmiş kreditlərin yanında dənizdə damla kimidir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin adına rəsmiləşdirilmiş kreditin bank faizləri ilə birlikdə 350 milyon manatdan artıqdır. Yeri gəlmişkən, qeyd edək ki, Hacı İbrahim Nehrəmli saxlanıldıqdan sonra İlqar İbrahimov da “Bandotdel”in əməkdaşları tərəfindən saxlanılmış, onun evində axtarış aparılmış və ifadə verdikdən sonra sərbəst buraxılmışdı.

Məlumatlara görə, “Bandotdel”in əməkdaşları kiçik bir araşdırma ilə İlqar İbrahimovun əsl cavabdeh olmadığı, onun adına rəsmiləşdirilən kreditin də əslində Hacı İbrahim Nehrəmli tərəfindən götürüldüyünə əmin olublar. İddialara görə, dəqiq araşdırılma aparılsa kreditlərin götürülməsi ilə bağlı sənədlərdəki imzaların da İlqar İbrahimova məxsus olmadığı, bəzi kredit tarnşlarının ayrıldığı günlərdə bu şəxsin ümumiyyətlə Bakı şəhərində olmadığı üzə çıxa bilər.

Məlumata görə, faktiki olaraq Hacı İbrahim Nehrəmlinin götürdüyü kreditlərin ümumi məbləği mayın əvvəlində 524 milyon manat təşkil edib və bu borc faizlərə görə hər ay təxminən 40 milyon manat artır. Buna görə də bu gün onun dəqiq nə qədər borcu olduğunu Beynəlxalq Bankının aidiyyatı əməkdaşlarından başqa heç kim, hətta Hacı İbrahim Nehrəmlinin özü də dəqiq bilmir. Ancaq təxmini hesablamalara görə, hal-hazırda Hacı İbrahimin yalnız kredit borcu təxminən 600 milyon manata yaxındır. Bundan başqa Hacı İbrahim Nehrəmlinin ailə üzvülərinin adına rəsmiləşdirdiyi bir neçə milyon maanatlıq ipoteka borcu da var.
Buraya təxminən 7-10 milyon manatlıq vergi borcunu, bir neçə şirkətə isə götürdüyü mal və “podrat”çılara gördürdüyü işə görə bir neçə milyon manatlıq borcunu da əlavə etsək Hacı İbrahim Nehrəmlinin maliyyə durumu haqqında ümumi rəy yarana bilər. Məlumata görə, artıq həmin şirkətlərin bəziləri borclarını almaq üçün məhkəməyə müraciət ediblər.
Ancaq bu da son deyil. Hacı İbrahim Nehrəmlinin işçilərinə də bir neçə aylıq əmək haqqı borcu var. Bir zamanlar özünü milyader kimi təqdim edən bu adam indi işçilərinin qarşısına belə çıxa bilmir.İşçiləri bir neçə dəfə telefonla danışaraq onu görüşə dəvət etsələr də, Hacı İbrahim onların qarşısına çıxmayıb.

Geri qayıt