Əsas Səhifə > Güney Press, Şou-biznes > Kərim Mehriban Xanlarova ilə məhkəməsi haqda danışdı

Kərim Mehriban Xanlarova ilə məhkəməsi haqda danışdı


24-06-2015, 10:03
Kərim Mehriban Xanlarova ilə məhkəməsi haqda danışdı
Müğənni Kərim Abbasov əməkdar artist Mehriban Xanlarova ilə məhkəmə prosesinin aqibətindən danışıb.

Axşam.az-a açıqlamasında ifaçı ilk məhkəmənin baş tutduğundan xəbər verib:

“İyunun 22-də ilk məhkəmə oldu. Vəkilim getmişdi. Qanunlarımıza, haqq-ədalətə inanıram. Heç kəsə qarşı barışıq addımı atmıram. Heç qarşı tərəf də mənimlə barışmaq istəmir. Mən efirdən hədələnmişəm. Onunla Yasamal Rayon Məhkəməsində görüşəcəyəm. Bir insan Həcc ziyarətinə gedib, efirdə başqasını şantaj edirsə, ona nə deyəsən?”.

İmicində dəyişiklik edən K.Abbasov yay istirahətindən də bəhs edib:

“Ustama deyirəm, saçlarımı kəs, inanmadı. Həmişə saçlarım çox olub, çünki gec uzanır. Amma bu düzümü bəyəndim. Məni cavanlaşdırdı, fərqli görünürəm. İyulun 5-də İstanbula gedəcəyəm, 15 gün ailəmlə birlikdə dincələcəyəm. Daha sonra isə Almaniyaya yollanacağam. Həm konsertlə bağlı, həm də orada iki toy məclisində iştirak edəcəyəm. Yayın qalan hissəsini isə bağımda keçirəcəyəm”.

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı.
Müğənni daha sonra "İnstaqram səhifəni mən yox, köməkçim idarə edir. O sözləri köməkçim yazıb", - deyə, açıqlama vermişdi.

Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb:

“Çıxıb dedi ki, "Milyonların qarşısında məndən üzr istəyəcəksən. Əks halda, şəxsi həyatından elə şey danışacağam ki, başını götürüb bu respublikadan qaçacaqsan”. Bu, şərəf və ləyaqəti alçaltmaq deməkdir. Bir insanın şəxsi həyatını gündəmə gətirməyə kiminsə haqqı yoxdur. Mən də onu Yasamal Rayon Məhkəməsinə verdim. Ləyaqət və şərəfimi alçaltmaq, bir insanı təhdid etməkdə günahlandırdım. Eyni zamanda Mehriban xanımın adamları mənə zəng vurub, hədə-qorxu gəlirlər. Bununla bağlı 102 xidmətinə xəbər vermişəm. Əgər zənglərin arası kəsilməsə, Ramil Usubova müraciət edəcəyəm”.

Geri qayıt