Əsas Səhifə > Güney Press, Şou-biznes > "Halım pisləşdi, məni xəstəxanaya çatdırdılar"

"Halım pisləşdi, məni xəstəxanaya çatdırdılar"


4-07-2015, 10:29
"Halım pisləşdi, məni xəstəxanaya çatdırdılar"
Müğənni Rəhim Rəhimli əməkdar artist Tünzalə Ağayevanın solo konsertinə gedə bilməyib.

Axşam.az xəbər verir ki, ifaçı "ATV Maqazin" verilişində buna görə qarşı tərəfdən üzr istəyib:

"O xanımın konsertinə getməyi çox istəyirdim. Hətta prodüserindən dəvətnamə də istəmişdim. Mən Tünzalə Ağayevanın yaradıcılığının pərəstişkarıyam. Həmin gün halım pisləşdi. Məni xəstəxanaya çatdırdılar. Bu işçilərim arasında gizli qaldı. Heç yerdə danışmadıq. Buna görə də konsertə qatıla bilmədim. Tünzalə Ağayevadan üzr istəyirəm, çox peşmanam. İnanıram bu hal aramızda soyuqluq yaratmaz. Onunla bir səhnəni bölüşməyi çox istəyirəm".

Geri qayıt