Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əli hər yerdən üzülən çarəsiz vətəndaş Prezidentdən kömək istəyir

Əli hər yerdən üzülən çarəsiz vətəndaş Prezidentdən kömək istəyir


14-07-2015, 14:28
Əli hər yerdən üzülən çarəsiz vətəndaş Prezidentdən kömək istəyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident! Sabunçı rayon Məhkəməsinin 2-(008)177/2014 saylı, 30.01.2014-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Əliyev Zöhrab Zülfü oglundan 265.000 manat məbləgində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ələkbərova Səbinə Elçin qızına verilməlidir. Apellyasiya Məhkəməsinin 2(103)2772/2014 saylı 29 may 2014-ci il tarixli qətnaməsi ilə Bakı səhəri Sabuncu rayon Məhkəməsinin 30.01.2014 –ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-549/15 saylı ,16.02.2015-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 29 may 2014 ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sabunçu rayon Məhkəməsinin 2(008)177/2014 saylı, 30.01.2014-ci il tarixli qətnaməsi icra olunması üçün Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Hakim Mirzəyevin icraatına verilmişdir. Sabuncu rayon İcra Şöbəsinin icra məmuru Hakim Mirzəyev tərəfindən 15.09.2014-ci tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etmədiyi halda tələbin borclunun əmlakına yönəltdirib həmin əmlakın üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tələblərinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, icra tələbi üzürsüz səbəbdən icra edilmirsə, icra məcburi qaydada təmin edilməlidir. Lakin borcluya verilmiş müddətin və ünvanlanmış xəbərdarlıqdan xeyli keçməsinə baxmayaraq Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Hakım Mirzəyev hec bir tədbir görməmişdir. 23.06.2015-ci il tarixdə Sabunçu rayon İcra şöbəsinə, 24.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və 25.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova borclu barəsində hansı səbəbdən məcburi icra tədbirləri görülməməsi və məhkəmə qətnaməsinin hansı səbəbdən bu günə kimi icra olunmaması barədə müraciət olunmuşdur. Əlavə olaraq yazılarım “Qafqaznews” internet portalında işiqlandırılmışdır. Bütün bu şikayətlərdən sonra, Sabunçu rayon icra Şöbəsinin icra məmuru Hakim Mirzəyev borclu Əliyev Zöhrab Zülfü oglunun adına VAZ-2107 markalı avtomobil aşkar olundugunu bildirmiıdir.

29.06.2015-ci il tarixdə Hakim Mirzəyevdən işin nə vaxt icra olunmasını soruşduqda nədənsə hələ bundan sonra yenə 2-3 ay səbrli olmağımı məsləhət bildi. Deməli Hakim Mirzəyev hər ünvanlanmış şikayətdən sonra borclunun adına bir köhnə avtomobil aşkar edərsə və hər avtomobil üçün 2-3 ay gözlətməli olarsa məhkəmə qətnaməsinin icrası illərlə uzana bilər.Belə ki, borclu Əliyev Zöhrab Zülfü oglunun borcu külli miqdardadir və avtomobilin satışından əldə olunan məbləg borcun heç 3-4 % etmir. Belə qənaətə gəlmək olar ki,Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Hakim Mirzəyev qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını açıq-aşkar ləngidir və işin icrasına biganə yanaşır. Hesab edirəm ki, Sabuncu rayon İcra Şöbəsinin icra məmuru Hakim Mirzəyev, borclu Əliyev Zöhrab Zülfü oglu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313.1-ci maddəsi ilə protokol tərtib edərək Sabunçu rayon Məhkəməsinə, daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə aidiyyatı istintaq idarəsinə təqdimatla müraciət etməlidir. Xahiş edirəm yuxarıda qeyd etdiklərimi nəzərə alıb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin edilməsi və ya borclu Əliyev Zöhrab Zülfü oglu barəsində qanuni şəkildə tədbir görülməsi üçün müvafiq göstəriş verəsiniz.

Hörmətlə, Ələkbərova Səbinə Elçin q-n Nümayəndəsi Hüseynov Yalçın Çəfərqulu oglu

“Qafqaznews”

Geri qayıt