Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sumqayıtda müştəriləri aldadan "HM Hipermarket" şəbəkəsi kimin cibinə işləyir?
Sumqayıtda müştəriləri aldadan "HM Hipermarket" şəbəkəsi kimin cibinə işləyir?24-07-2015, 14:19 |
Son günlər Supermarketlər şəbəkələrində bonus kart vasitəsilə keçirilən kampaniyalarda hədiyyə kimi verilən malların həddən artıq dəyərləndirildiyi barədə dəfələrlə yazılıb. Hətta bonus kart vasitəsilə toplanmış ballara görə bir məhsul uduşa qoyulur, hədiyyə kimi veriləndə isə daha aşağı keyfiyyətli məhsul verilir. Avropa.info xəbər verir ki, Sumqayıtda yeni açılmış “HM Hipermarket” şəbəkəsi 10-cu mik-n və Nərimanov filiallarında müştəriləri aldatmağın yeni yolunu tapıb. Belə ki, ilk baxışdan bonus kartda toplanmış ballara görə verilən hədiyyələr və bu hədiyyələrə qoyulmuş ballar normal görsənir. Müştəri də elə buna aldanaraq tora düşür. Toplanan ballara görə hədiyyəsini götürməyə gələn müştəri sözün əsl mənasında sürpiriz ilə qarşılaşır. Kassada oturan əməkdaşlar vətəndaşa kartında olan balların yalnız son 25 gün ərzində etdiyi alış-verişə görə toplanıldığını, ötən aylarda toplanmış balların isə silindiyini bildirirlər. İndi təsəvvür edin, 10 AZN = 1 Bonusdan götürdükdə vətəndaş bazarda maya dəyəri 30-40 AZN dəyərində olan ən ucuz ət çəkən maşını almaq üçün 1 ay ərzində 1950 AZN dəyərində alış veriş etməlidir. Satış qiyməti 400 AZN olan Samsung Galaxy S4 mobil telefonu bu marketdə 2450 bonusa qoyulub. Yəni 25 gün ərzində adi vətəndaş 24 500 manatlıq alış veriş etməlidir ki, bu hədiyyəni əldə etsin. Bu “HM Hipermarket” rəhbərliyi tərəfindən vətəndaşların aldadılmasından başqa bir şey deyil. Vətəndaş market rəhbərliyinə etirazını bildirdikdə isə vətəndaşa “hara gedirsən get” deyə cavab verirlər. Görəsən müştərilərini kiməsə arxayın olaraq aldatmaqla “HM Hipermarket” şəbəkəsi kimin cibinə işləyir? Mövzuyla bağlı qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq. Geri qayıt |