Əsas Səhifə > Güney Press, Reklam > Onlayn ödənişlər zamanı "Bakcell"dən BONUS dəqiqələr
Onlayn ödənişlər zamanı "Bakcell"dən BONUS dəqiqələr24-07-2015, 17:42 |
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə BONUS dəqiqələr qazanmaq şansı yaradıb. İyul ayının 24-də başlayan kampaniya çərçivəsində Bakcell abunəçiləri onlayn ödəmə metodlarından istifadə edərək (MilliÖn və E-manat ödəmə nöqtələri, www.hesab.az daxil olmaqla bank kartları vasitəsilə onlayn ödəniş, bankomatlar və s.) balansı 5 AZN və daha çox məbləğdə artırdıqda, bu məbləğin 10%-i həcmində bonus qazanacaqlar. Balansın ödəmə kartı vasitəsilə artırılması üçün bonus təqdim olunmur. Abunəçilər http://www.bakcell.com/az/online-credit-card-payment səhifəsinə daxil olmaqla da balanslarını artıra və bonus ala bilərlər. Əldə olunan bonuslar 7 gün müddətində şəbəkədaxili zəng, SMS və MMS istifadə oluna bilər. Bonusun maksimum miqdarı 2 AZN-dir. Kampaniya 2 ay davam edəcək. Kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün balansdan heç bir məbləğ tutulmur. Geri qayıt |