Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Heydər Babayev tanınmış jurnalisti elə qorxuya salıb ki...
Heydər Babayev tanınmış jurnalisti elə qorxuya salıb ki...29-07-2015, 13:17 |
Hələki adının çəkilməsini istəməyən agentlik rəhbəri qafqaznews.az saytı vasitəsilə ölkə başçısı İlham Əliyev cənablarına və Birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciətin müəllifi qeyd edir ki, 2 il öncə Heydər Babayevin qardaşı Elçin Babayev və onun qətlə yetiriliən Tərlan Əhmədov barəsində hazırladığım araşdırma yazıları cəmiyyətdə maraqla qarşılandı və müxtəlif saytlar həmin məqalələri dərc etdilər: “ Buna görə də keçmiş nazir məni cəzalandırmaq qərarına gəlib, hər yolla məndən qisas almaq istəyir. Beləki, sabiq nazirə məxsus “Bank Standart” a olan ipoteka kreditimə görə Heydər Babayev ailə üzvlərimlə birgə yaşadığım mənzili ələ keçirmək istəyir. Hətta bu məqsədlə Heydər Babayev tərəfindən “Bank Standart” ın yeni təyin olunan rəhbərinə xüsusi göstəriş verilib”. Müraciətin müəllifi sonda qeyd edir ki, bu problem ölkə başçısı tərəfindən nəzarətə götürüləndən sonra özü ilə bağlı açıqlama verəcək. Geri qayıt |