Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hacı İbrahim Nehrəmli minlərlə işçini işdən qovdu
Hacı İbrahim Nehrəmli minlərlə işçini işdən qovdu19-08-2015, 14:29 |
Maddi vəziyyətim pisləşdiyi üçün şirkətlərimdə çalışan 4900 nəfər işçimi ixtisara salmışam. Bu sözləri ANS PRESS-ə açıqlamasında iş adamı, "Avesta" konserinin rəhbəri Hacı İbrahim Nehrəmli deyib. İş adamı maddi sıxıtılara düşməsinə və işçiləri azad etməsinə səbəb kimi Beynəlxalq Bankda onun adına yalandan borc yazılmasını göstərir. Nehrəmli deyir: "Mənə məxsus olan “Avesta” konserninin Beynəlxalq Banka 41 milyon manat, “Həsən 96 MMC” şirkətinin isə 50 milyon manat borcu var. Lakin manatın devalvasiyasından iki gün əvvəl həmin məbləği dollara çevrildilər. Bununla da mənə 23 milyon 600 min manat əlavə borc yazıldı. Bu məbləğlərlə birgə adı çəkilən banka olan borcum 450 milyon manat miqdarında müəyyən edildi. Bu kreditlər üzündən maddi vəziyyətim pisləşib və işçiləri azad etməyə məcbur olmuşam." İş adamı bu problemlərlə bağlı Beynəlxalq Banka dəfələrlə yazılı müraciət etdiyini, müraciətinə baxılmadığı üçün banka getdiyini lakin bankda onu qəbul edən olmadığını da sözlərinə əlavə etdi. Məsələ ilə Beynəlxalq Bankın mətbuat xidmətindən ANS PRESS-ə fikir bildirməkdən imtina edilib. Hacı İbrahim həmçinin KİV-də 240 manat dəyərində olan saatının oğurlanması barədə yayılan xəbərə aydınlıq gətirib. Onun sözlərinə görə isə saatı ona qardaşı Tağı hədiyyə edib. Nehrəmli “Bandotdel”ə aparılarkən saatı qolundan çıxarıb və maşında qoyub. Bu zaman qardaşı hədiyyənin itəcəyindən ehtiyyat edərək saatı götürərək evinə aparıb. Dindirilmədən sonra avtomobildə saatı tapmayan biznesmen isə bu barədə polisə müraciət edib. Lakin daha sonra saatın qardaşında olduğunu bilib və şikayətini geri çəkib. İş adamı Hacı İbrahimin Beynəlxalq Banka ümumilikdə 450 milyon manat borcu var. Nehrəmli bu borca görə dəfələrlə Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə aparılıb. May ayının 13-də "Bandotdelə" dindirilmə üçün aparılan iş adamı bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı. Geri qayıt |