Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sürücülər arasında qalmaqal...

Sürücülər arasında qalmaqal...


20-08-2015, 14:47
Sürücülər arasında qalmaqal...
İdarə etdikləri avtomobillərinin qəza nəticəsində avtobus sürücüsü tərəfindən yararsız hala salınması ilə bağlı iki sürücü əməkdaşımıza problemlərini danışıblar. Şikayətçilər problemi müvafiq qurumların diqqətinə çatdırmağımızı və onların yararsız hala düşmüş avtomobillərinin təmir edilməsini istəyirlər.

Hadisə 5 iyul 2015-ci il tarixində, saat 10:21 radələrində Bakı dairəvi yolunda – «Meyvəli» meyvə-tərəvəz bazasına gedən yolda baş verib. Qəzanın səbəblərini Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Cəmşid Əliyev araşdırıb.
Materiallar üzrə aparılan araşdırma zamanı müəyyən olunub ki, 5-iyul 2015-ci il tarixində, saat təxminən 10:21 radələrində Əliyev Eldar İbrahim oğlu idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 207 saylı xətt üzrə hərəkət edən Daevo 85 090 markalı, 90-ND-434 dövlət qeydiyyat nişanlı avtobusu Bakı dairəvi yolunda «Meyvəli» meyvə-tərəvəz bazarı istiqamətdə saatda 50-60 km sürətlə enişlə hərəkət etdirərkən, həmin yolda yaranmış tıxacla əlaqədar olaraq avtomaşınların dayandığını görərək idarə etdiyi avtomaşını saxlamaq üçün tormozlama əməliyyatı aparmış, lakin ara məsafəsini az saxladığından bu mümkün olmamış, avtobusunu qabaq hissəsi əvvəlcə tıxacda dayanmış Əliyev İlkin Əziz oğlunun idarə etdiyi Ford Transit markalı, 90-JT-275 dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan güzgüsü ilə, sonra isə tıxacda dayanmış Məmişov Rasim Məmiş oğlunun idarə etdiyi Opel Astra markalı, 90-VC-153 dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsi ilə toqquşmuş. Toqquşma nəticəsində zərbədən tıxacda dayanmış Bayramov Fəzayıl Faiq oğlunun idarə etdiyi Opel Astra markalı, 90-CR-203 dövlət qeydiyyat nişanlı, Məmmədov Amil İbrahimxəlil oğlunun idarə etdiyi Mercedes Benz E220 CDİ markalı, 99-EX-290 dövlət qeydiyyat nişanlı, Behbudov Zöhrab Müzəffər oğlunun idarə etdiyi Daevo Racer markalı, 10-CE-808 dövlət qeydiyyat nişanlı avtomaşınlar hərəkətə gələrək bir-birinə zəncirvari şəkildə dəyiblər.
Qəzada ən çox ziyan çəkən sürücülər R.Məmişov və F.Bayramov əməkdaşımza müraciət edərək bildiriblər ki, sığorta tərəfindən ödənilmiş məbləğlə avtomobilləri təmir etmək mümkün deyil.

«Təhqiqatçı məndən 300 manat alıb dedi ki...»

Qəzada avtomobili tamam yayarsız hala düşmüş R.Məmişov özü isə müxtəlif bədən xəsarətləri alıb: “Hadisə zamanı zərbənin təsirindən bədən xəsarətləri də aldım. Bununla bağlı xəstəxanaya da apardılar məni. Orada bədənimdəki əziklər müayinə olundu. İşin istintaqını aparan Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Cəmşid Əliyev məndən 300 manat alaraq bildirdi ki, qəza zamanı aldığın bədən xəsarətlərini işə əlavə edəcəm, amma sonradan bildim ki, heç nə etməyib. Pulumu geri istəyəndə isə, dedi ki, sən mənə pul verməmisən”.
Qarşı tərəfin siğorta şirkəti tərəfindən R.Məmişovun avtomobili 4500 manat qiymətləndirilib və zərərçəkənə 1963 manat maddi ziyan ödənilib. R.Məmişov bildirir ki, ödənilən məbləğlə bu maşını təmir etmək mümkün deyil: «“Opel servis” də avtomobilimin təmiri üçün 8000 manat pul istədilər. Ödənilən 1963 manatla tamam yararsız hala düşmüş avtomobili necə təmir etdirim?! Heç olmasa, mənə 4000 pul versinlər gedim özümə nimdaş maşın alım. Mən qəzetiniz vasitənizlə Baş Prokuror cənab Zakir Qaralova müraciət edərək bildirirəm ki, xahiş edirik bizə köməklik göstərilsin. Beş avtomobili əzən avtobus sürücüsü Eldar Əliyevə müstəntiq 151.1 maddəni rəhbər tutaraq 40 manat cərimə yazıb. Bu nə dərəcədə düzgündür?!
Siğorta tərəfindən verilən pula avtomobil almaq mümkün deyil».
Qəzada avtomobili yararsız hala düşən digər vətəndaş F.Bayramov qəza zamanı xəsarət almasa da, avtomobili tamam yararsız hala düşüb. Siğorta tərəfindən onun avtomobili 390 manat qiymətləndirilib və vətəndaşa 1700 manat maddi ziyan təyin edilərək ödənilib. F.Bayramov da yararsız hala düşən avtomobilini verilən 1700 manatla necə təmir etdirəcəyini bilmir: “Qəzada ən çox ziyan çəkən iki Opel Astra markalı avtomobil oldu və hər iki avtomobil avtobusun zərbəsindən yararsız hala düşdü».
Məsələ ilə bağlı təhqiqatçı Cəmşid Əliyevlə əlaqə saxladıq. Müstəntiq şikayətçilərin şikayətinin əsasız olduğunu, Rasim Məmişovdan pul almadığını bildirdi.
Mövzuya qayıdacağıq.\\tezadlar.az\\

Sürücülər arasında qalmaqal...
Sürücülər arasında qalmaqal...
Sürücülər arasında qalmaqal...
Sürücülər arasında qalmaqal...

Geri qayıt