Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Heydər Əsədovun 10 milyonu arada bata bilər...
Heydər Əsədovun 10 milyonu arada bata bilər...25-08-2015, 12:00 |
Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan 10 milyona yaxın vəsaiti hazırda bağlanmaq astanasında olan «Bank Technique”dən çıxarmaq müşkilə çevrilib. Bu barədə Mia.az-a daxil olan məlumata görə, nazir Heydər Əsədov son aylar həmin vəsaiti təyinatına uyğun olaraq yönləndirmək adıyla bankdan çıxarmaq istəyir. Ancaq «Bank Technique”dəki mövcud problemlər üzündən büdcə vəsaiti üzərində verdiyi sərəncamları yerinə yetirmək mümkün olmayıb. Məlumatlı şəxs Mia.az-a bildirib ki, nazir Heydər Əsədov problemi sakitliklə həll etmək istəyir. O səbəbdən də faktın gizli saxlanılmasına çalışır: "Çünki həmin vəsait vaxtı ilə Cahangir Hacıyevin xahişiylə «Bank Technique”də yeni hesab açılaraq oraya köşürülüb. Deyim ki, o zaman isə Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olmaqla, həm də «Bank Technique”nin qeyri-rəsmi sahibi idi. Elə Cahangir Hacıyev indinin özündə də «Bank Technique”də oturub, vəziyyətdən çıxmağa çalışır. Lakin onun bu cəhdləri də fayda vermir. Nə isə. Sözüm ondadır ki, o vaxt Heydər Əsədov Cahangir Hacıyevlə bağlı hər hansı problem görmədiyindən büdcədən ayırılan 10 milyon manat vəsaiti həmin banka yatırıb. Onun bunu hansı məqsədlə etdiyi isə başqa bir sensasiyalı mövzunun araşdırmasıdır. Hələlik isə onu deyə bilərəm ki, indi o pulu nə digər banka transfer edə, nə də təyinatına uyğun xərcləyə bilirlər". Məsələyə nə bankdan, nə də nazirlikdən rəsmi münasibət öyrənmək mümkün olmayıb. Hər iki tərəfin problemlə bağlı mövqeyini də dinləməyə hazırıq. Geri qayıt |