Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bu rayonun icra başçıları "dustaq həyatı" yaşayacaq...

Bu rayonun icra başçıları "dustaq həyatı" yaşayacaq...


27-08-2015, 14:29
Bu rayonun icra başçıları "dustaq həyatı" yaşayacaq...
Qarşıdan gələn parlament seçkilərinə yerərdə hazırlıq işləri kifayət qədər sürətlə həyata keçirilir. Mərkəzi Seçki Komissiyası artıq yerli Dairə Seçki Komissiyalarında DSK üzvləri ilə təlimlərə start verib. Təlimlər yerli icra hakimiyyətinin təmsilçiləri, hüquq-mühafizə orqanlarının yüksək çinli məmurlarının iştirakı ilə həyata keçirilir. Artıq icra hakimiyyətlərinə də taprışıqlar verilib ki, texniki-maddi bazanın formalaşdırılması işini həyata keçirsinlər. Seçki məntəqələrinin tam hazır vəziyyətə gətirilməsi, kamera müşahidəsi aparılacaq məntəqələr üzrə işlərin test versiyasının hazırlanması işləri həyata keçirilir.

Seçki kabinələrinin formalaşdırılması, elektrik enerjisi ilə təchizat məsələləri də müzakirə edilməkdədir. Və bu istiqamətdə rayonlarda ilginc proseslər başlayıb. Məsələn ölkədə elə rayonlar var, seçki prosesində iştirakı, bu və ya digər formada müdaxiləsi birmənalı olaraq yasaqlanıb. Xüsusilə də icra başçısı olduqları rayonda yerli sakin olmadıqlarına görə, icra başçılarına otaqlarından çıxmamaq tapşırığı verilib.

GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən otaqlarında seçki bitənədək dustaq edilmiş icra başçıları həm də cəmiyyət və mətbuat arasında mənfi reputasiyası olanlardır.
Redaksiyamıza daxil olan ilginc siyahıya görə:

- Salyanda icra başçısı Tahir Kərimovun əvəzinə - birinci müavin Etibar Hüseynov seçki prossesini idarə edəcək. 2003-cü ilin aprel ayının 28-dən etibarən Salyanda başçının birinci müavini işləyən Etibar Hüseynov seçki prossesinin idarəedilməsi işini kifayət qədər yaxşı bilir. Bu səbəbdən də DSK sədrləri və ictimai-siyasi prosseslərin idarəedilməsi üçün bütün işlər ona tapşırılıb.

- Xaçmaz Rayon İcra Hakimiyyətində də vəziyyət eynidir. Məlumata əsasən 1939-cu il təvəllüdlü olan Şəmsəddin Xanbabayev də otağından çıxmaq yasaqı almış başçılarandır. Bu rayonda isə seçki prosseslərini Bakı ilə koardinə edəcək şəxs Yetkin Mehmanovdur. 1970-ci ildə Xaçmazın Yeni Həyat kəndində anadan olmuş birinci müavin 2014-cü ildən bu vəzifəyə təyin edilsə də, artıq bütün ictimai-siyasi prosseslər onun nəzarəti altındadır. Və bütün işlər də ona həvalə edilib.

- Natiqlik qabiliyyəti olmayan. Yerli vətəndaşlarla təmaslarında belə siyasi rəhbər kimi çıxış etməyən Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanova da prosseslərdən tam kənarda durmaq göstərişi verilib. Əvəzində isə Xəzər Aslanovu müavini Azər Əlizadə əvəz edəcək.

Onu da əlavə edək ki, bu siyahının ardı var. Və seçki prossesinin idarəedilməsi işi bir sıra başqa rayonlarda da başçılardan alınaraq onların müavinlərinə həvalə edilib. Kurasiya qaydalarına görə, yerli idarə rəhbərlərinin seçkilərdə texniki təchizat işlərini həyata keçirmək üzrə bütün bölgüləri də müavinlər təşkil edəcəklərlər.

Ardı var.

Geri qayıt