Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Akif Səlimova "yuxarıdan" etimadsızlıq...

Akif Səlimova "yuxarıdan" etimadsızlıq...


29-08-2015, 15:25
Akif Səlimova "yuxarıdan" etimadsızlıq...
DİA.AZ: - "Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimova "yuxarılar" etimad göstərmir", Bunu DİA.AZ-a Laçın RİH-dəki mənbə xəbər verib.

Qaynaq iddia edir ki, elə buna görə də qarşıdan gələn parlament seçkiləri zamanı Akif Səlimovun proseslərə təsiri minimuma, daha doğrusu, sıfıra endirilib.

Mənbənin dia-az.life-a söylədikləri: "Əgər bir çox rayonlarda başçılara ciddi etimad varsa, Laçında vəziyyət tamam fərqlidir. "Yuxarılar" da Akif Səlimovu "yarıtmaz kadr" kimi tanıdıqlarından Laçında parlament seçkilərinə hazırlıq, semki prosesinin təşkili birbaşa olaraq Mərkəzi Seçki Komissiyasına həvalə olunub. Yəni yerli icra orqanlarının hətta təşkilatçılıq baxımından dəstəyinə də bel bağlanılmır".


Geri qayıt