Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədovun müavini ilə bağlı ŞOK İDDİA

Ziya Məmmədovun müavini ilə bağlı ŞOK İDDİA


1-09-2015, 11:59
Ziya Məmmədovun müavini ilə bağlı ŞOK İDDİA
Məlum olduğu kimi bu ilin əvvəllərindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Arif Əsgərov yeni vəzifəyə, Nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olundu. Əslində bu təyinat bir çoxlarına gözlənilməz effekt təsiri bağışlamış oldu. Məsələ bundadır ki, hələ QSC-nin sədri vəzifəsini daşıdığı illərdə Arif Əsgərovun fəaliyyətinin bir çox korrupsiya halları ilə müşayiət olunduğuna dair çoxsaylı və ciddi ittihamlar mövcud idi. Hələ 2013-cü ilin payızında, böyük qalmaqala səbəb olmuş “48 milyonluq yeyinti” məsələsinin gündəmə çıxdığı zaman, bir çox mənbələr məhz bu olayın Arif Əsgərovun karyerasına son qoyacağını ehtimal edirdilər. Xatırlayırsınızsa, həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi Rahib Əsgərov həbs edilmişdi. Arif Əsgərovun yaxın qohumu olan R.Hüseynov 48 milyon manatlıq yeyintidə ittiham olunurdu. Bir müddət sonra isə, müxtəlif mənbələr tərəfindən təqdim olunan məlumatlarda bu möhtəşəm maliyyə fırıldağında həmçinin Arif Əsgərovun oğlu, Elnar Əsgərovun da iştirak etdiyi vurğulanırdı. Həmçinin sonradan bu da məlum oldu ki, maxinasiya nəticəsində 50-yə yaxın sahibkar zərər çəkib. Belə ki, o zaman özü də sahibkarlıq fəaliyyətilə məşğul olan Elnar Əsgərov dəmir yolları şəbəkəsinin təchizatını inhisar altına almışdı. Növbəti əməliyyatlardan birində isə, Elnar Əsgərovun şirkəti bir neçə digər təchizatçı şirkətə ümumilikdə 48 milyon manat borclu qalmışdı. Həmin şirkət rəhbərlərinin dəfələrlə müraciət etmələrinə və dəmir yollarının rəhbərliyi ilə danışıqlar aparmalarına baxmayaraq, onların pullarını qaytaran olmayıb. Bu xüsusda mətbuata verdikləri açıqlamalarında ziyan çəkmiş sahibkarlar göstərmişdilər: “Biz o şəxslərlə neçə ildir işləyirdik və aramızda etibarlı tərəfdaşlıq münasibətləri yaranmışdı. Biri Arif Əsgərovun oğlu, digərləri onun bacısı uşaqları idi. Biz təsəvvürümüzə də gətirməzdik ki, günlərin birində onlar bizi bu cür aldadacaqlar”. Təbii ki, bir müddət sonra Rahib Hüseynov da azadlığa buraxıldı və məsələ beləcə “qapadıldı”. Bəzi mənbələrin iddiasına görə, qeyd olunan vəsait “Azərbaycan Dəmir Yolları” QSC-də yer almış maliyyə çatışmazlıqlarının bağlanmasına sərf olunmuşdu. Məhz bu hadisələrin fonunda Arif Əsgərovun karyerasının sonunun gəldiyinə dair ehtimallar kəskin şəkildə artmışdılar: “Artıq yuxarı instansiyaların rəhbərləri cəmiyyət sədrinə əvvəlki kimi münasibət bəsləmirlər. Ona qarşı olan inam azalıb. Deyilənə görə, qurumun rəhbərliyində kadr dəyişikliyi qaçılmazdır. Ehtimallara əsasən cəmiyyət sədri bu ayın sonuna kimi tutduğu vəzifədən uzaqlaşdırılacaq”. Bəzi mənbələr isə QSC rəhbərinin işdən çıxarılacağı təqdirdə, onun vəzifədə işləyən qardaşlarının da karyerasının sonu çatacağını proqnozlaşdırırdılar: Cəmiyyət rəhbərinin Tovuz rayonunda iri ticarət obyektləri var ki, bunlara icra başçısı işləyən qardaşı nəzarət edir. Hazırkı vəziyyət isə Əsgərov qardaşlarının xeyrinə deyil. Belə ki, onların hər ikisinin gələcək vəzifə taleyi sual altındadır...” Lakin hadisələrin inkişafı göstərdi ki, bütün bu suallar nəticə etibarı ilə Əsgərovlar üçün heç bir təhlükə törətmədi. Arif Əsgərov nəhayət ki, öz vəzifəsilə vidalaşmalı olsa da, Nəqliyyat nazirinin müavini kimi heç də az əhəmiyyət kəsb etməyən başqa bir yüksək vəzifə aldı. Həmçinin, Arif Əsgərovun istər Tovuzda, istərsə də Bakıda olan bütün obyektləri də tam gücü ilə fəaliyyətdədirlər. Digər tərəfdən isə, yeni aldığımız məlumata görə, bu məmurun həm də qeyri-leqal maliyyə bazarında kifayət qədər böyük məbləğdə vəsaitləri dövr etməkdədir. Mənbə bildirir ki, bu gün Arif Əsgərovun xüsusi adamlar vasitəsilə yalnız faizə verdiyi pulların məbləği 1 milyon manat civarındadır...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt