Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Keçmiş məmur Ucarda belə zülm edir...
Keçmiş məmur Ucarda belə zülm edir...7-09-2015, 09:49 |
DİA.AZ: - Ucar rayonu M.Əliyev küçəsi ev 3 sakini Ələkbərov Zakir Xəlil oğlunun DİA.AZ-a şikayət məktubu daxil olub. Həmin məktubu təqdim edirik: "Mən mətbuat vasitəsi ilə başda Prezident cənab İlham Əliyev olmaqla aidiyatı orqanlara mürciət etmək istəyirəm.Belə ki, "Ucar Yeyinti Məhsulları Kombinatı" -nın keçmiş direktoru qonşum əvvəllər məhkum edilmiş Ələkbərov Şahlar Xəlil oğlu məni ölümlə hədələməsi barədə şikayət ərizəm ürə hələ heç bir nəticə yoxdur.Bildirirəm ki, Ələkbərov Şahlar 29.07.2015-ci il tarixdə heç bir əsas olmadan evimə basqın edib əlindəki dəmir parçası ilə məni öldürmək istəyəndə ordakı ustaların köməkliyi ilə qarşısı alındı.Evimdə ustaların işləməsinə əsassız olaraq müdaxilə edir.Bu barədə Ucar Rayon Polis Şöbəsinə etdiyim şikayət ərizəm üzrə aparılan təhqiqatda mənim də şahidlərində izahatları alınmış, cinayət faktı təsdiq edilmişdir.İş materialları yoxlanılması üçün Daxili İşlər Nazirliyi tərəfindən alınmışdır. Bildirirəm ki, "Ucar Yeyinti Məhsulları Kombinatı"-nın sabiq direktoru Ələkbərov Şahlar tam sağlam olsada özünə ikinci qrup əlillik dərəcəsi almışdır ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nairl cənab Səlim Müslümova yazdığım şikayət ərizəm araşdırılması üçün Dövlət Tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin rəisi İlqar Qurbanova göndərilmişdir.Əgər Ələkbərov Şahlar Bakı şəhərində müasir tippi aparatlarla müayinə edilərsə ona ikinci qrup əlilliyə görə ona təyin edilmiş xəsətəliyin mövcud olmadığı tam sağlam olduğu subut olunacaq.Bundan başqa sabiq direktor Şahlar Ələkbərovun iki oğlu Samir və Seymur da tam sağlam olsalarda həqiqi hərbi xidmət keçməmişdilər ki, bununda ciddi yoxlanılmasına zərurət var.Samir və Seymur Ələkbərovlar tam sağlamdırlar. Qeyd edim ki, Ələkbərov Şahlar orta təhsilli olmasına və latın əlifbası ilə yazmağı bacarmamasına baxmayaraq onu direktor təyin etmişdilər ki, sonradan yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən çıxarılmışdır.O, xuliqanlıq cinayəti törətdiyi üçün 2012-ci il tarixdə həbs edilərək 3 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir.Bu adam mənə və ailəmə dinclik vermir, rahat yaşaya bilmirik.Məni şantaj edirki bu yolla məndən pul ala bilsin.Uzun müddətdir ki. bizim ailə ilə qərəzçilik aparan Ələkbərov Şahların əməli cinayət tərkibi yaradır.Cinayət məsuliyyətindən yayınmaq üçün şahidlərə təzyiq göstərir.Mən bütün aidiyatı orqnlara bu barədə şikayətlər etmişəm.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Daxili İşlər Naziri cənab Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova, Müdafiə Naziri cənab Səfər Əbiyevə və Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimova müraciət edirəm.Hörmətli Prezident və hörmətli cənablar əvvəllər məhkum olunmuş Ələkbərov Şahlar Xəlil oğlunun 29.08.2015-ci il tarixdə törətdiyi əməl cinayət olduğu üçün o cinayət məsuliyyətinə cəlb edilməlidir, ona təyin edilmiş xəstəlik onda mövcud deyil buna görə Bakı şəhərində müasir tibbi aparatdan müayinədən keçirilməli , təyin edilmiş əliliyi ləğv edilib indiyə qədər aldığı pullar geri alınmalıdır, oğlanları Samir və Seymur Bakı şəhərində hərbi komissiyadan keçirilməli və sağlam olduqları üçün cəbhə bölgəsinə həqiqi hərbi xidmətə göndərilməlidir.Sizdən xahiş edirəm bu müraciətimi ciddi araşdırıb qanunu tədbirlər görəsiniz". Geri qayıt |