Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gəncə Dövlət Universitetində biabırçı durum...
Gəncə Dövlət Universitetində biabırçı durum...7-09-2015, 10:46 |
DİA.AZ: - Redaksiyamıza Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adından ağır ittihamların yer aldığı müraciət daxil olub. Bildirək ki, müraciət müəlliflərinin həqiqiliyinə tam əmin olmadığımızdan onların səsləndirdiyi əksər ittihamları yalnız araşdırma apardıqdan sonra diqqətinizə təqdim etmək qərarına gəldik. Çünki söhbət çox ciddi maliyyə maxinasiyalarından, habelə GDU-nun ayrı-ayrı vəzifəli şəxslərinin davranışlarından gedir. Yalnız onu diqqətinizə çatıdırıq ki, müraciət müəllifləri dia-az.life-a əvvəllər GDU-da prorektor olmuş, indi isə GDU-nun rektoru olan Yusif Yusifova qarşı cinayət işinin açılacağını xəbər verirlər. Buna səbəb kimi isə yuxarıda da vurğuladığımız ağır cinayətləri göstərirlər. Araşdırmalarımız davam edir. Bütün maraqlı tərəflərin mövqeyi də daxil olmaqla geniş materialı diqqətinizə çatdıracağıq. Bizi izləyin. Geri qayıt |