Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qorxmaz müəllim, Nizami sakinlərinin səsinə hay ver...

Qorxmaz müəllim, Nizami sakinlərinin səsinə hay ver...


9-09-2015, 12:09
Qorxmaz müəllim, Nizami sakinlərinin səsinə hay ver...
Nizami rayonundan şikayət var. Teref.infonun poçtuna gələn bu məktubda Azərsu- nun çəkdiyi su xəttlərindən şikayət olunur. Evlərə çəkilən su xəttləri yaxşıdır. Lakin bəs həyətlərdə olan yaşıllığı kim nəzərə alacaq. Bu yaşıllığı hansı xətlər vasitəsi ilə sulanacaq. Bununla nəinki Azərsu, Nizami rayon icra hakimiyyətidə maraqlanmalıdır.Amma əfsuslar olsun..... Şikayət mə\ktubunu nəzərinizə çatdırırıq.
"Nizami rayonu qan ağlayır yaş tökür,hec kim onun harayına və yaxudda səsinə səs vermir.
İcra başçıları lal olub,girir otağa otağdan çölə çıxmır ki,bəlkə kiminsə bir dərdi var,hansısa bir problem deyəcək....Biz görmədik belə günləri,Nizami rayon sakinləri həsrət qaldı başçı sifətin görməyə.
Neftçilər metro stansiyasının düz üstündə ticarət obyekti tikilir,onun ağırlığı metronu silkələyəcək,sonra TAĞINI tapıb dədəsinə rəhmət oxuyacağıq.
Heydər Əliyev adına park həbsdən azad olub,lakin,parkda oturmağa yer yoxdur,çünkü,oturacaqları qoymayıblar...Ağacların arasında sidik iyindən gəzmək mümkünsüz olub.
Ağaclar kəsildi,yerlərində ticarət obyektləri tikildi,kimə yazdıq,cavab gəlmədi,deməli saymadılar...
İndi dərdimiz dahada böyükdür.
AZƏR SU yeni turbalar çəkir ki,su dayanmadan gün ərzində olsun...bizdə istəyirik...lakin,bunların yadından çıxıb ki,həyətlərdə olan 30-40- ilin ağacları su istəyəcək...Soovet vaxtından qalan QRANLAR sökülür yenisi ilə əvəz olunmur.
Nizami rayon su idarəsi rəhbəri deyir ki,bizə icazə verilmir ki,binaların qarşısında bulağ qoyaq ki,su gəlsin.
Kimə deyək dərdimizi,hər kəs özü üçün rəhbər olub.30-40- ilin ağaclar rəhbərsiz qalıb,yanıb saman çöpünə oxşayacaq.."

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt