Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "KİND SƏS" eşitmə mərkəzində fırıldaq

"KİND SƏS" eşitmə mərkəzində fırıldaq


14-09-2015, 12:52
"KİND SƏS" eşitmə mərkəzində fırıldaq
Ölkədə fəaliyyət göstərən bəzi özəl tibb müəsissələrində hökm sürən özbaşınalıq, fırıldaq metodlarla vətəndaşların aldadılması barədə KİV-lərdə vaxtaşırı məlumatlara rast gəlirik.

Azinforum.az növbəti və ciddi sayılacaq bənzər bir fırıldağın üstünü açıb. Məlum olub ki, Həsənoğlu küçəsi 21 (5 saylı xəstəxana ilə üzbə-üz) fəaliyyət göstərən “Kind Səs” Eşitmə Mərkəzində vətəndaşlar açıq-aşkar fırıldağa məruz qalır. Redaksiyamızın əldə etdiyi məlumatlar və sözügedən tibb mərkəzi tərəfindən təqdim edilən sənədlərdə bu açıq-aydın nəzərə çarpır.

Fırıldaq mexanizmində rast gəldiyimiz detallar cinayət məsuliyyəti yaradan əməllər olduğu səbəbindən, əlaqadər qurumların da bu məsələyə müdaxiləsinə böyük zərurət duyulur.
Qeyd edək ki, “Kind Səs” Eşitmə Mərkəzinin hazır blankları əksər burun-boğaz-qulaq (LOR) həkimlərinə paylanılıb. Həkimlərlə sözügedən Mərkəz arasında Azərbaycan reallıqlarına uyğun əsaslarla əldə edilən razılaşma əsasında onlara müraciət edən xəstələri müayinə üçün həmin Mərkəzə göndərirlər.

Bizə təqdim edilən sənədlərdən də görünür ki, 20 yanvarda yerləşən və el arasında “Respublikanski” kimi tanınan xəstəxanasının Lor şöbəsinin həkimi Yusifova Fidan onlara müraciət edən xəstəni “təyinatı” üzrə “Kind Səs”ə göndərib. Xəstəyə Audiometriya və Timpanometriya müayinəsindən keçməyin zəruriliyi bildirilib. Əsas fırıldaq da məhz bundan sonra başlayıb. Həmin Mərkəzdə xəstəni cavan bir xanım müayyinə edib və adının Muxtarova Ülviyyə olduğunu bildirib. Sonda ciddi bir məsələylə bağlı həmin xanımın saxtakarlığa yol verdiyi üzə çıxıb. Belə ki, o, qoyduğu diaqnozla bağlı rəsmi blanka Audioloq-surdoloq Mehman Əliyevin əvəzindən imza atıb. Bundan şübhələnən pasiyent xanımdan və Mərkəzin rəhbərliyindən bunun səbəbini öyrənmək istəyib. Onlar isə “hazır blankdır da, nə fərqi var kim qol çəkir”- deyiblər. Pasiyent bildirir ki, onun Ülviyyə xanımın həkim və ya tibb baçısı olduğuna dair verdiyi suala isə Mərkəz tərəfindən konkret cavab verilməyib. Son nəticədə pasiyentə məsləhət görülüb ki, xoşu gəlmirsə gedib başqa yerdə müayinə edə bilər və onun ödədiyi məbləğ geri qaytarılıb.
Azinforum.az hesab edir ki, fırıldağın üstünü açan adamın pulunun geri qaytarılması ilə məsələ kökündən həll edilmir. Deməli, bu üsulla hər gün 10-larla adam aldadılır. Və ən başlıcası budur ki, insanlara eşitmə ilə bağlı ciddi sayılacaq diaqnozlar qoyulur. Əlimizdə olan blankdan görünür ki, xəstəyə qoyulan diqnozla bağlı məlumat Ülviyyə Muxtarovanın öz xətti ilə yazılıb, lakin imza tamamilə başqa bir şəxsin əvəzindən atılıb. Görəsən, cavan xanımı cinayət məsuliyyəti yarada biləcək əmələ sövq edən nədir?

Bizim ilkin ehtimalımız belədir ki, həmin sahənin mütəxəsisi Əliyev Mehman adlı həkimdir. Onun da müştərisi çox olduğu səbəbindən işi çatdıra bilmir. Nəticə etibarı ilə müştəriləri yola verməyin bir hissəsi də ixtisası və tibbi təhsilinin olub-olmamdığı bizə bəlli olmayan kiməsə tapşırılır.
Yaranmış vəziyyətlə bağlı rəyini soruşduğumuz bir çox tanınmış hüquqşunaslar bildirdilər ki, başqa şəxsin əvəzindən hansısa sənədə imza atmaq konkret cinayət məsuliyyəti yaradır: “Həmin sənəd hüquq – mühafizə orqanlarına təqdim edildikdən sonra, xətt ekspertizası keçirilir. İmzanın həqiqətən başqa şəxs tərəfindən edildiyi müəyyənləşərsə, uyğun maddələrlə cinayət təqibinə başlanılır”

Təəssüflər olsun ki, bizi maraqlandıran suallara “Kind Səs” Eşitmə Mərkəzi tərəfindən hələ də cavab verilməyib.
Həmin sualları bir daha Mərkəzin rəhbərliyinə və şəxsən nazir Oqtay Şirəliyevə ünvanlayırıq:

Mərkəzdə çalışan və başqasının əvəzindən insan həyatının həll olunduğu sənədə imza atan Muxtarova Ülviyyə hansı ixtisasın sahibidir. Konkret olaraq, həkimdirmi?
Əliyev Mehman adlı həkimin başqlarının onun əvəzindən qoyduğu adı ilə imza edildiyi diaqnozlardan xəbəri varmı?

Mərkəzin bu cür müayyinələri həyata keçirməyə dair lisenziyası varmı?
Araşdırmamız davam edir. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

"KİND SƏS" eşitmə mərkəzində fırıldaq
"KİND SƏS" eşitmə mərkəzində fırıldaq
"KİND SƏS" eşitmə mərkəzində fırıldaq
"KİND SƏS" eşitmə mərkəzində fırıldaq
"KİND SƏS" eşitmə mərkəzində fırıldaq

Geri qayıt