Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əhməd Vəliyev dünən millətlə necə "məzə çırtdatdı"...

Əhməd Vəliyev dünən millətlə necə "məzə çırtdatdı"...


16-09-2015, 11:16
Əhməd Vəliyev dünən millətlə necə "məzə çırtdatdı"...
DİA.AZ: - "Mən bundan sonra rektorluğumu davam etdirəcəyəm". DİA.AZ xatırladır ki, bunu dünən günün sonlarında musavat.com-a adı YAP-ın seçki siyahısında olmayan deputat, Odlar Yurdu Universitetinin rektoru kimi tanıdığımız Əhməd Vəliyev söyləyib.

Rektor etiraf edib ki, o, partiyanın şərtini qəbul edərək belə bir qərar verib: “Təbii ki, partiya nə məsləhət görürsə, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşuq. Daha nə qədər deputat olmaq olar?!”

“Şəxsən siz hansını seçərdiniz, millət vəkilliyini, yoxsa rektorluğu” - sualına cavabında Ə.Vəliyev belə cavab verib: “Mən rektoram, işimi buraxa bilmərəm ki. Mən universitet yaratmışam”.

DİA.AZ bildirir ki, amma buna qədər, yəni bu açıqlaçasından 4-5 saat əvvəl isə Əhməd Vəliyev axar.az saytına başqa bir açıqlama vermişdi:

"Mən “Odlar Yurdu” universitetinin rektoru deyiləm. Universitetdə İdarəetmə Şurasının üzvüyəm. Ona görə də parlament seçkilərində iştirakıma heç bir problem yaranmır".

Onun sözlərinə görə, “Odlar Yurdu” universitetinin rektoru Monil Vəliyevdir və artıq bir neçə aydır bu vəzifədə çalışır.

Millət vəkilinin sözlərinə görə, sözügedən təhsil ocağında 20 il rektor vəzifəsində olub deyə, ictimaiyyət hələ də onun bu vəzifədə olduğunu bilir: “Necə ki Xəzər universitetində Hamlet İsaxanlı rektor kimi təqdim olunur, amma səhv etmirəmsə, o ali məktəbdə də rektor ingilisdir. Ancaq hətta rektor belə olsaydım, deputatlığa namizədliyim irəli sürülə bilərdi.

Çünki bu qanun özəl sektora şamil edilmir. Bu, prezidentin sərəncamı ilə təyin olunan rektorlara aiddir ki, seçkilərdə iştirakla bağlı seçim etsinlər”.

Göründüyü kimi, “Mən 10 ildir millət vəkiliyəm. Əgər partiya yenidən namizədliyimi irəli sürməyi məsləhət bilsə, seçkidə iştirak edəcəyəm” - deyən Əhməd Vəliyev bir neçə saatın içindəcə özünü təkrarən Odlar Yurdu Universitetinin rektoru elan etdi.

Bu isə ondan xəbər verir ki, əslində Odlar Yurdu Universiteti daha çox Əhməd müəllimin çəxsi dükanını xatırladır, nəinki ciddi təhsil müəssisəsini...

Yəqin ki, bu məqamı cənab təhsil nazirimiz Mikayıl Cabbarov da nəsərə alar. Hətta Əhməd Vəliyevin oğlunun ona müavinlik etməsini belə nəzərə almadan təhsilimizdəki bu eybəcərliyə ciddi əl gəzdirər...

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt