Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Mol Bulak" Bank Olmayan Kredit Təşkilatının keçmiş işçisi Elman Rüstəmova üz tutdu...
"Mol Bulak" Bank Olmayan Kredit Təşkilatının keçmiş işçisi Elman Rüstəmova üz tutdu...18-09-2015, 14:20 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən Bərdə rayon sakini Haciyev Oruc Məzahir oglunun şikayəti Milli Bankin Idare Heyetininin sedri Elman Rüstəmova ünvanlanıb. Müraciətin DİA.Az-a daxil olan mətnində deyilir: "Bildirmək istəyirəmki, Məmədov Nicat Musa oglu 03.06.2015-ci ildə "Mol Bulak" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Bərdə filialina müdür gəlişindən sonra mənə və filialın digər işçilərinə qarşı aqresiv davranışlar edərək, özüylə gətirdiyi və ona qohum olan işçilərdən başqa filialın bütün əməkdaşlarını sıxışdırmaga başladı. Filialın beş əməkdaşı bütün bu olanları ərizələrində qeyd edərək işdən azad olmaqları üçün ərizə ilə müraciət etmiş və işdən azad olunmuşlar. Bu beş nəfərdən biri də mənəm. Bu müraciətimdən sonra əmək məcəlləsinin 68.a bəndi ilə işdən azad olunmuşam.H örmətli Elman Rüstəmov cənabları, mən işdən azad olunmaq üçün ərizəni belə yazmışdım: Yazıb sizdən xahış edirəmki filial müdürü Nicat Məmmədovun qərəzli və qeyri-obyektiv tələbi və təzyiqi ilə məni tutdugum fəzifədən azad edəsiniz. Mən yazdığım ərizədə Mol Bulaq BOKT MMC-nin rəhbərliyinə açıq aydın göstərmişəm k,i filialın müdürü Nicat Məmmədov mənə qərəzli və qeyri-obyektiv tələb və təzyiqlər göstərərək məni işdən çıxmağa məcbur etmişdir. Əmək məcəlləsinin 69 maddəsinin 7-ci bəndində mənə qarşı olunanlar qadağan olunduğu üçün,filiyal müdürü Nicat məmmədovun mənə qarşı törətdiyi cinayəti ört-basdir etmək üçün Mol Bulaq BOKT MMC-nin baş ofisininin rəhbəri Eldar Cəfərov məni əmək məcəlləsinin 68.a bəndi ilə(yəni könüllü əmək müqaviləsini pozmaq) işdən azad olunmağıma tapşırıq vermişdir.Bu həmin Eldar Cəfərovdurki bir neçə il bundan qabaq KredAqronun rehberi işleyen zaman dövlətin millionlarla pulunu mənimsəmişdir.Bununla bağlı məlumatı almaq istəsəniz Eldar Cəfərov kimdir başlığı ilə gundəlik Bakı saytinin məqaləsinə baxa bilərsiniz.Mən bunula baglı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına,Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiyesi Naziri Səlim Müslümova,Baş Prokuror Zakir Qaralov cənablarına,sizə hörmətli Elman Rüstəmov cənabları poçtla müraciət etmişəm.Mənim bu müraciətlərimdən sonra mənə Mol Bulaq BOKT MMC-nin baş ofisinə dəvət edildim və mənə sərt şəkildə dedilərki əyər bu şikayətlərimi davam etdirsəm mənim üçün yaxşı olmayacaq.Filiyal müdürü Nicat Məmmədov etdiyi qanunsuzluqlara görə Mol Bulaq BOKT MMC-nin rəhbəri Eldar cəfərovun himayəsilə məsuliyyətə cəlb olunmayacağına əmin olduğu üçün Azərbaycan respublikasının qanunları ilə yox öz qanunu ilə işləyir.İndi bir müddətdir işsizəm.Özümdə ailəliyəm.Ailəmi hansı gəlirlə maddi cəhətdən təmin edəcəyimi bilmirəm.Ona görədə xahiş edirəm Mol Bulaq BOKT MMC-nin Bərdə filiyalının mənə qarşı olan qanunsuzlugunun qarşısını alasınız və mənə ödəniləsi müavinətin mənə verilməsini təmin edəsiniz" Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |