Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbarov başını qaldırıb GDU-ya baxmaq zorundadır...

Mikayıl Cabbarov başını qaldırıb GDU-ya baxmaq zorundadır...


22-09-2015, 11:42
Mikayıl Cabbarov başını qaldırıb GDU-ya baxmaq zorundadır...
Gəncə Dövlət Universitetində tələbələr kütləvi şəkildə narazıdırlar. GUNDEMİNFO.AZ-a müraciət edən tələbələr dərsliklər üçün ali məktəbdə fantastik şəkildə pul toplama qaydaları tətbiq edilir. Tələbələr iddia edir ki, dərs proqramlarında bilərəkdən ciddi şəkildə dəyişikliklər edilib. Onların sözlərinə görə, GDU-nun kitabxanasında olan ötən il istifadə etdikləri dərsliklərdən daha istifadə edə bilmirlər.

Bildirilir ki, rektoratlığın hesabı olmaqla onlara yeni dərsliklər satdırılır. Mühazirələr üçün ədəbiyyatlar siyahısında ciddi dəyişikliklər edilib ki, tələbələr məcburən həmin yeni ədəbiyyatları alsınlar. Tələbələr deyir ki, onlardan bu yolla toplanan pullar hesabına universitetdə təmir işləri aparılır. Bir neçə labaratoriyanın açılışı ilə bağlı olaraq təmir işləri, həmçinin bir neçə kiçik auditoriyanın təmiri üçün də vəsaitlər tələbələrin cibindən alınmaqla həyata keçirilib.

Məlumatlara əsasən bu ali təhsil ocağında yeni tədris ilindən tələbə biletləri ilə bağlı qaydalar da dəyişib. Yeni tələbələrlə yanaşı, yeni dizaynda hazırlanmış tələbə biletləri yuxarı kurslarda oxuyanlara da məcburi satdırılır. Bununla da hansısa mətbəə ilə anlaşma əldə edən universitet rəhbərliyir guya, hansısa xüsusi göstəriciləri olan tələbə biletləri hazırlayaraq islahat aparmış olublar.

GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən universitetdəki bu yeni daxili «təlimatlar»dan narazı olan tələbələr təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlamağa hazırlaşırlar.

Geri qayıt