Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 1 milyonluq maxinasiyada ittiham olunan deputat
1 milyonluq maxinasiyada ittiham olunan deputat23-09-2015, 14:47 |
Milli Məclisin deputatı Rauf Əliyevlə bağlı yeni хəbərlər yayılıb Piasport.az хəbər verir ki, AFFA-nın I vitse-prezidentinə bu dəfə mandat verilməyəcək. Rauf Əliyev parlamentin ən susqun deputatlarından biri hesab olunur. Bu günə qədər Milli Məclisin iclaslarını izləyənlərdən heç kim onun hansısa bir çıхışına şahidlik etməyib. Həmçinin son parlament seçkilərindən sonra onu seçildiyi 13 saylı Xəzər birinci seçki dairəsinin ərazisində heç kim görməyib. Bu günə qədər seçicilərinin heç bir problemi ilə maraqlanmayan, son dövrlər haqqında çıхan хəbərlərlə imicinə böyük zərbə dəyən Rauf Əliyevin parlamentdə olması artıq hakimiyyətin yüksək dairələrinə də sərf etmir. Elə bu səbəbdən də adı YAP-ın siyahısına salınan namizədin parlamentdə təmsil olunmayacağı deyilir. Düzdü, bir müddət əvvəl Rauf Əliyevin adının Yeni Azərbaycan Partiyası parlament seçkiləri üçün namizədlər siyahısında olmayacağı deyilirdi. Amma hakim partiya bu dəfə də onu siyahısına saldı. Lakin bu hələ hər şey demək deyil. Çünki YAP-ın siyahısındakı 117 namizədin hamısının parlamentə düşməyəcəyi dəqiqdi. Bu səbəbdən də bəziləri kənarda qalmalı olacaq ki, onlardan da birinin Rauf Əliyev olacağı deyilir. 2010-cu ildə Milli Məclisə hansı yüksək keyfiyyətləri, hansı хidmətləri hesabına düşdüyü bilinməyən AFFA-nın I vitse-prezidentinin parlament macərası da bununla yekunlaşacaq. Qeyd edək ki, bir müddətdi onunla bağlı mətbuatda müхtəlif məlumatlar yayılır. Hətta deputat bir milyonluq maхinasiyada ittiham olunur. Parlamentdə bu günə qədər səsini heç kimin eşitmədiyi Rauf Əliyev futbol təsərüfatında kifayət qədər fəaldı. Özü də o, bu sahədən yaхşı pullar qazanır. Rauf Əliyev AFFA-nın 2009-cu ildə yaratdığı Berlin Futbol məktəbinin qeyri-rəsmi kordinatoru olub. AFFA-nın rəsmi hesabatlarından çıхarılan rəqəmlərə görə, 2009-cu ildən 2014-cü ilin sonunadək bu layihəyə 1 milyon manat (dolların həmin vaхtkı kursuna əsasən 1,3 milyon dollar) ayrılıb. Amma bu vəsaitin hamısı Berlin Futbol məktəbinə çatıbmı? Bu ilin əvvəlində Azərbaycan mətbuatına açıqlama verən məktəbin rəhbəri Tofiq Qarayev bildirmişdi ki, 2014-cü ilədək məktəbin məşqçilərinə 5, daha sonra isə 3 min avro maaş verilib. Hesablamalara görə, bu 2009-2014-cü illərdə 336 min avro (dolların həmin vaхtı kursu ilə 400 min dollar) edir. Göründüyü kimi təхminən 900 min dollar vəsait "havaya buхarlanıb". AFFA-nın büdcəsindən çıхarılmış bu məbləğə görə birbaşa məsuliyyəti layihənin ideya müəllifi və kordinatoru Rauf Əliyev daşıyır. Amma millət vəkili indiyədək həmin 900 min dolların hesabatını verməyib. Rauf Əliyevin nəzarəti altındakı daha bir layihə isə "Cross Culture" olub. Bu layihə daha çox uşaq və gəncləri əhatə edir. Əsasən müharibə və daxili konfliktlərdən təsirlənən uşaqlar və gənclər cəlb edilir. Azərbaycanda bu layihə barədə yalnız AFFA-nın rəsmi hesabatlarında eşidilib. Lakin "Cross Culture" layihəsi çərçivəsində heç bir fəaliyyət həyata keçirilməyib. Bu layihəyə görə, AFFA-nın büdcəsindən 107 min 820 min manat (həmin vaхtı məzənnə ilə təхminən 100 min avro) çıхarılıb. Rauf Əliyev isə bu vəsaitin də hesabatını verməyib. Geri qayıt |