Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gəncənin yolları burma-burmadır....

Gəncənin yolları burma-burmadır....


28-09-2015, 14:41
Gəncənin yolları burma-burmadır....
DİA.AZ: - "Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev "yuxarılarla" işini qaydasına saldığını təxmin etdiyindən bu gün özünü tam olaraq firon kimi aparmaqdadır" - bu sözlər DİA.AZ-a ünvanlanan şikayət məktubunda qeyd olunur.

Redaksiyamıza müraciət edən bir qrup Gəncə sakini bildirir ki, yerli mətbuatda əsasən Naxçıvanda Vasfi Talıbovun yaratdığı "rejim"ə diqqət ayrılır:

"Amma Gəncəni nədənsə unudurlar. Bu gün Elmar Vəliyev Gəncədə elə bir şərait yetişdirib ki, bir kişinin evinə normal çörək aparması belə probelmə çevrilib.

Bütün biznes sahələri monapoliyada olmaqla yanaşı, həm də hansısa işi görçək üçün başçıya haqq verməlisən. Burada əslində anormal heç nə yoxdur.

Amma Elmar Vəliyev məsələn Mingəçevirdə 5 manata olan bir şeyə görə Gəncədə 15 manat istəyir. Gəncə iri şəhərdir. Amma Gəncədə rüşvətin Bakı qaydalarının tətbiqi artıq yerli sahibkarların dizini yerə qoyub".

DİA.AZ-a yazan narazı gəncəlilər bildirir ki, bütün bunlar da təbii olaraq hər şeyə təsir edəcək: "Qarşıdan seçkilər gəlir. Elmar Vəliyev hələ müavinini də deputat elətdirmək istəyir. Hansı güvənlə? Adam məgər Gəncədə hörmət qazanıbmı ki, hətta müavininə də gün ağlasın? Bilsin ki, onun özü belə namizəd olsa, Gəncə camaatı səsini başqasına verəcək. Kim olur-olsun"...

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


QEYD: Müraciətdə xeyli sayda aşağılayıcı ifadələr yer aldığından ixtisar aparmaq zorunda qaldıq...
Geri qayıt