Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Xanlar Fətiyevin də adı "Beynəlxalq Bank işi"ndə

Xanlar Fətiyevin də adı "Beynəlxalq Bank işi"ndə


30-09-2015, 11:02
Xanlar Fətiyevin də adı "Beynəlxalq Bank işi"ndə
Son günlər mediada 39 saylı Kəpəz (birinci) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, deputat Xanlar Fətiyev haqda ilginc məlumatlar yayılıb.

Arqument.Az-a daxil olan məlumata görə, bu məlumatların indiki məqamda yayılması təsadüfi deyil.

Belə ki, hazırda deputat olmaqla yanaşı, həm də biznesmen kimi tanınan və "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Xanlar Fətiyevlə bağlı hakimiyyətdəki bəzi çevrələrdə ciddi müzakirə gedir. Yaxın günlərdə onun biznes fəaliyyətinin yoxlanılması gözlənilir.

Bildirilir ki, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində külli miqdarda yeyinti var və bu məsələdə də Fətiyevin adı hallandırılır. Hətta bir neçə ay öncə zavodda ilkin yoxlamalar da aparılıb, lakin Fətiyev bu yoxlamaların nəticələrinin ictimailəşməsinə imkan verməyib.

Mənbənin sözlərinə görə, məsələ təkcə bununla bitmir. Belə ki, Xanlar Fətiyevin adı qalmaqallı "Beynəlxalq Bank" işində də hallanıb. Onun da bankdan külli miqdarda kredit götürməsi və hələ də bir hissəsini qaytara bilməməsi iddia olunur.

"Bundan başqa, Xanlar Fətiyevin bankın sabiq müdiri Cahangir Hacıyevlə yaxın əlaqələrinin olduğu ortaya çıxıb. Ona görə də Fətiyevin YAP-ın siyahısından namizədliyinin verilməsi də ciddi narazılıqla qarşılanıb. Amma bu da onu məsuliyyətdən azad etmir", - mənbə bildirib.

Görünür, "Beynəlxalq Bank işi" hələ çoxlarının başını ağrıdacaq və Fətiyev də bu məsələdən asanlıqla yaxa qurtara bilməyəcək.

Qeyd edək ki, mənbə Xanlar Fətiyevin biznes fəaliyyəti ilə bağlı daha ilginc faktlar təqdim edib. Həmin faktlarla bağlı araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.

İddialarla bağlı deputatın da mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt