Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Binəqədi İcra Hakimiyyətində üsyan səsləri eşidilir

Binəqədi İcra Hakimiyyətində üsyan səsləri eşidilir


1-10-2015, 11:40
Binəqədi İcra Hakimiyyətində üsyan səsləri eşidilir
İcra hakimiyətinin işçiləri "paket"lərinin kəsilməsi ilə bağlı Xaləddin İsgəndərovu günahkar bilmələri ilə yanaşı, Binəqədi İcra Hakimiyyətində Vergilər naziri Fazil Məmmədovun "kölgəsi" olaraq bilinən Rahil Rəfiyevə də açıq qəzəblərini nümayiş etdirirlər.

Binəqədinin icra başçısı Xalləddin İsgəndərovun yeni problemləri yaranıb. İcra hakimiyyətində şöbə müdirlərinə, müavinlərə verilən «paketlər» dayandırıldıqdan sonra, bəzi müavin və şöbə müdirləri, həmçinin baş mütəxəssis və məsləhətçilər icra başçısına qarşı üsyan bayrağı açıblar. Onlar Xaləddin İsgəndərovu toplanan pulları özünə götürməkdə ittiham ediblər.

Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbəninin bildirdiyinə görə Binəqədi İcra Hakimiyyətində çalışanlar icra başçısını onlara qarşı ədalətsizlikdə günahlandırıblar. Və hesab edirlər ki, Xaləddin İsgəndərovun gəlirləri azalmadığı kimi onların «paketlər»inin kəsilməsi haqqsızlıqdır. Məsələ orasındadır ki, İcra Hakimiyətinin işçiləri məhz həmin «paketlər»ə arxayın olaraq kreditə bahalı evlər və maşınlar götürüblər. İndi isə «paketlər» kəsildyindən böyük həsmdə olan kreditlərin aylıq ödəmələrini verə bilmirlər. Buna görə də acınacaqlı vəziyyət yaranıb və məmurlar yaranmış vəziyyətə görə Xaləddin İsgəndərovu günahkar hesab edirlər.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Xaləddin İsgəndərov tərəfindən məsul vəzifə sahiblərinə nə qədər aylıq "paket" verilməsi ilə bağlı sensasion məlumat yayılmışdı. Həmin məlumatda, Xaləddin İsgəndərovun müavinlərinə, şöbə müdirlərinə heç bir maliyyə işinə qarışmamaq şərtiilə, aylıq “paket” verdiyi iddia olunurdu. Dövrü mətbuatda dərc olanan siyahıya əsasən 1-ci müavin İlqar Süleymanova 15 min azn, müavin Aygün Əliyevaya 12 min azn, müavin Vüsal İsmayılova 10 min azn məbləğində aylıq "paket" alırmışlar.

Mənbənin sözlərinə görə icra hakimiyətinin işçiləri "paket"lərinin kəsilməsi ilə bağlı Xaləddin İsgəndərovu günahkar bilmələri ilə yanaşı, Binəqədi İcra Hakimiyyətində Vergilər naziri Fazil Məmmədovun "kölgəsi" olaraq bilinən Rahil Rəfiyevə də açıq qəzəblərini nümayiş etdirirlər. Belə ki, mənbəninin bildirdiyinə görə Rahil Rəfiyev Binəqədi İcra Hakimiyyətində rəsmi çalışmasa da, əslində rayonun bütün maliyyə mənbələrinə o nəzarət edir və Fazil Məmmədovun qarşısında birbaşa hesabat verirlər. Elə buna görə də icra hakimiyyətində çalışanlar "paket"lərinin kəsilməsi ilə bağlı Xaləddin İsgəndərovdan daha çox Rahil Rəfiyevi günahkar hesab edirlər.

Qeyd edək ki, "kölgə" adam kimi bilinən Rahil Rəfiyevlə bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirdən sonra oxucularımızın diqqətinə cəlb edəcəyik.

Geri qayıt