Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şəkili kənd müəllimindən Mikayıl Cabbarova ŞİKAYƏT OLUNDU

Şəkili kənd müəllimindən Mikayıl Cabbarova ŞİKAYƏT OLUNDU


1-10-2015, 11:53
Şəkili kənd müəllimindən Mikayıl Cabbarova ŞİKAYƏT OLUNDU
DİA.AZ: - Şəki sakini Həsən Məmmədov təhsil naziri Mikayıl Cabbarova şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş məktəb müəllimindən giley edir. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Təhsil naziri M.Cabbarov!

Əvvəllər törətdiyi cinyətə görə( Kənd icra nümayəndəsi, YAP üzvü Nadir Məmmədəli İmanovu xidməti kabinetində amansızcasına döydüyünə görə) 3 il həbs cəzası çəkmiş hazırda isə digər cinayətinə görə 2 il icbari həbs cəzası çəkmədə olan və yenə də digər qanunsuz hərəkətlərinə görə məhkəmə qərarıilə cərimələr ödəməkdə olan Şəki rayonu Baş Göynük kənd 1 saylı, 2 sayl və Baş Şabalıd kənd orta məktəbin müəllimi Kərimov Əvəz Zöhrab oğlu son vaxtlar özünü kəndin rəsmi qoçusu elan etmişdir.

Bu adam əvvəl İqtisad Universitetinin mühasibatlıq fakultəsini qiyabi qurtarıb. Sonra da Müəllimlər İnstitunun Qazax Filialından 2004-cü ildə "goğrafiya" ixtisası üzrə saxta diplom əldə edib və hazırda 3 ixtisas üzrə dərs deyir. Baxmayaraq ki, onun diplomunun saxta olması Təhsil Nazirliyinin kadrların idarə edilməsi şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində saxta olduğu sübuta yetirilmiş və Şəki Təhsil Şöbəsinə 29 mart 2012-ci il tarixli məktub göndərilmişdir. Amma nə faydası Ə.Kərimov əldə etdiyi saxta diplomuna ikinci"həyat" verməyin yolunu da tapmışdır. Belə ki, O Təhsil Nazirliyinə qarşı diplomun tanınması barədə ərizə yazaraq "ədalət"i bərpa edə bilmişdir. Şəki Məhkəməsi isə hansısa maraqlardan(rüşvətdən) bəhrələnərək iddianı ağına-bozuna baxmadan təmin etmişdir. Bu da nəticələr.
( Təhsil Nazirliyinin 004756 saylı diplomu 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun hansısa məzununa təqdim edilmək üçün verilmiş) , yəni eyni nömrəli diplomun ikinci sahibi olan Əvəz Kərimov adlı şəxsdən alınması yaxşı olardı".

Daha sonra narazı vətəndaşın DİA.AZ-a daxil olan müraciətində deyilir: "Əvəz Kərimovun törətdiyi qanunsuz əməllər barədə yerli KİV çox yazıb ( google.az saytına axtarış verməklə bunun şahidi ola bilərsiniz)

Ən maraqlısı və ən faciəvi hadisə isə bu keçmiş məhkumun - adamın heç saxta diplomu belə olmadığı halda ona etimad edib 3 müxtəlif ort6 məktəbdə "İnsan və Cəmiyyət" dərsini tədrisinin həvalə edilməsidir.Cənab nazir Sizin oğlunuza da belə bir məhkumun insan və Cəmiyyət fənnindən dərs deməsini necə qarşılayardınız? Lakin Şəki Təhsil Şöbəsinin müdiri S.İsmayılova onunla bağlı baş vermiş son xoşagəlməz cinayət hadisələrinə baxmayaraq ona yenidə etimad göstərərək 15 snntyabrdan yenə də əvvəlki kimi 3 fənnin tədrisilə bağlı əmr vermişdir. Amma o müəllimlərə verdiyi sözdə qeyd etmişdir ki, mən 2015-də Ə.Kərimova dərs saatı verməyəcəm.

İndi bütün kənd camaatı pərişandır.
Xahiş edirik məslənin yerində araşdırılmasına göstəriş verəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt