Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Göyçaylı məmurlar nədən İsmayıllıya maraq göstərirlər...

Göyçaylı məmurlar nədən İsmayıllıya maraq göstərirlər...


2-10-2015, 12:50
Göyçaylı məmurlar nədən İsmayıllıya maraq göstərirlər...
Azinforum.az ötən həftənin qeyri iş günlərindən birində, bir dəstə Göyçay rəsmisinin İsmayıllı rayonu İvanovka qəsəbəsindəki restoranlarda toplantı keçirdiyinə dair məlumat və həmin anı əks etdirən fotoları yaymışdı. Bundan sonra, redaksiyamız zəng vuran və özünü Göyçay rayon İcra Hakimiyyətinin yüksək vəzifəli rəsmisi kimi təqdim edən bir xanım, yayılan məlumatın kim tərəfindən redaksiyaya ötürüldüyü ilə maraqlanıb. Xanım həmçinin qeyd edib ki, həmin hadisədə qəbahət heç nə yoxdur, bir qrup məmur İvanovka kəndində ekskursiyada olub və belə xəbərin ictimailəşdirilməsi doğru deyil.

Azinforum.az apardığı araşdırma nəticəsində müəyyən edib ki, toplantını keçirən Göyçay rayon Təhsil Şöbəsinin rəhbəri olub. Ətrafına topladığı adamlar isə onun tabeçiliyində çalışan müəllimlər və bəzi məktəblərin direktorlarıdır. Biz kiminsə şəxsin həyatına və istirahət haqqına qarışmırıq. Sadəcə, əməkdaşlarımızın diqqətini çəkən məqam qeyri iş günündə dövlət rəsmilərinin xidməti avtomobillərdən istifadə edərək başqa bir rayonun ərazisində toplaşması və həmin tədbirdə əsasən qarşıdan gələn seçkilərdə necə fəaliyyət göstərəcəklərinə dair təlimatlar almaları olub. Hər halda, Göyçay rayonun özündə də iclas keçirmək üçün səfalı yerlər və gözəl kabinetlər az deyil.
Məmurların toplantı formatı və seçdikləri məkanla bağlı gələcək araşdırmanı aparmaq isə icra başçısı Mübariz Alı oğlu Ağayevin səlahiyyətinə aiddir.

Göyçaylı məmurlar nədən İsmayıllıya maraq göstərirlər...

Geri qayıt