Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Binəqədinin icra başçısına söykənən "bespridel"...
Binəqədinin icra başçısına söykənən "bespridel"...8-10-2015, 10:03 |
Redaksiyamıza Binəqədi Rayon İcra Hakimiyyətinin Novxanı-Coradil bağ massivi üzrə yetkililəri olan şəxslərlə bağlı maraqlı informasiya daxil olub Mənbənin cumhuriyyet.az-a ötürdüyü məlumata görə, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən icra nümayəndələri sözün həqiqi mənasında vətəndaşlara racon kəsməkdədir. Məlumatda deyilir: “BRİH-nin Elçin adlı nümayəndəsi və sözügedən qurumun rəsmi nümayəndəsi olmasa da, özünü bu qurumun əməkdaşı kimi təqdim edən Rəşad adlı şəxs vətəndaşlara divan tutur. Belə ki, bağ massivini, eləcə də dənizkənarı obyektləri dolaşan məlum ikili hər obyektə görə vətəndaşlardan konkret məbləğdə vəsait tələb edirlər. Vətəndaşların əlində bələdiyyədən və Dövlət Əmlak Komitəsindən lazımi sənədlərin olmasına baxmayaraq, onları müxtəlif bəhanələrlə sıxışdıran icra nümayəndələri vəzifə səlahiyyətlərindən istifadə edərək onların qanunsuz tələblərini təmin etməyən şəxslərə qarşı qanunun gücündən istifadə edir, obyektlərini sökür, tikililərini dağıdırlar. Sənədlərindən cüzi çatışmazlıq olan şəxslər isə daha böyük haqsızlıq və iddialarla qarşılaşır. Məhz bu səbəbdən də vətəndaşların bəzisi öz obyektlərini xilas etmək üçün tələb olunan pulu verməklə canlarını qurtarsa da, maddi baxımdan zəif təmin olunan ailələr icra yetkililərinin qanunsuz tələbini qarşılaya bilmir. Belə olanda isə icra nümayəndələri özünəməxsus bacarıqla vəziyyətdən “çıxış yolunu” göstərir və maraqlı təkliflə çıxış edirlər”. Sözügedən ərazidəki olaylardan məlumatlı olan mənbənin bildirdiyinə görə, vətəndaş lazımi maddi vəsaitə malik olmadığını vurğuladıqda Elçin-Rəşad cütlüyü onlardan pul əvəzinə torpaq sahəsi də verə biləcəklərini vurğulayır: “Maddi baxımdan tələb olunan pulu vermək iqtdiarında olmayan vətəndaşlara bildirilir ki, pulu “başqa şeylə” də əvəzləmək olar. Pulu alternativ kimi təklif olunan “başqa şey” isə adətən torpaq olur. Belə ki, icra yetkililəri bildirir ki, əgər pul vermək iqtidarında deyilsənsə, o zaman sahib olduğun torpaq sahəsinin bir hissəsini bizə ver. Beləliklə də, pulsuz vətəndaşdan alınan torpaq qısa zamanda satışa qoyulur və pul olaraq icra yetkililərinin cibinə axır. Artıq uzun müddətdir ki, davam edən bu vəziyyət vətəndaşlar arasında ciddi narazılığa səbəb olmaqdadır. Bağ massivində məskunlaşan vətəndaşlar hesab edir ki, əlaqədar qurumlar, ilk növbədə BRİH-nin başçısı Elçin-Rəşad cütlüyünün fəaliyyətini təftiş etməli, onlarla bağlı narazılıqları araşdırmalı, bu rüsvayçılığa son qoymalıdır. Geri qayıt |