Əsas Səhifə > Güney Press, Reklam > "Mobil rabitə bazarında azalma olsa da, "Bakcell"in ümumi fəaliyyəti qənaətbəxşdir"

"Mobil rabitə bazarında azalma olsa da, "Bakcell"in ümumi fəaliyyəti qənaətbəxşdir"


8-10-2015, 11:32
"Mobil rabitə bazarında azalma olsa da, "Bakcell"in ümumi fəaliyyəti qənaətbəxşdir"
Bu gün Azərbaycan iqtisadiyyatda müəyyən gərginliklər mövcuddur və bu, mobil rabitə sektoruna da təsir edib.

"APA-Economics"in məlumatına görə, bunu "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

R. Şirerin sözlərinə görə, şirkətin apardığı müşahidələr göstərir ki, bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə mobil rabitə bazarı təqribən 3% azalıb: "Çalışırıq ki, bu şəraitdə daha qənaətcil olaq. Ümumiyyətlə, "Bakcell" şirkəti hər zaman çalışıb ki, vəsaitini düşünülmüş şəkildə xərcləsin. Biz lazımsız xərclərimi yenidən nəzərdən keçirmişik. Bəzi önəmli olmayan layihələri dayandırmışıq. Amma "Bakcell"in ümumi fəaliyyəti qənaətbəxşdir. Biz anlayırıq ki, bizim müştərilərimiz müəyyən çətinliklərlə üzləşə bilərlər. Biz də çalışacağıq bu vəziyyətdə onlara kömək edək".

Geri qayıt