Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Tovuzda hakimiyyət uğrunda toqquşma...
Tovuzda hakimiyyət uğrunda toqquşma...12-10-2015, 10:57 |
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun yaxın qohumları ilə birinci müavin Mahir Həsənov arasında gərginlik yaşanır Son zamanlar Mahir Həsənovun bütün qırmızı xəttləri keçməsi Tofiq Zeynalovun səbrini daşırıb. İcra başçısının birinci müavini və qudası Mahir Həsənovun başçının səlahiyyətlərini ələ keçirməsi rayonun hakim ailəsi arasında qarşıdurmaya səbəb olub. Bu barədə AzFakt.com-u məlumatlandıran mənbənin bildirdiyinə görə son zamanlar Mahir Həsənovun öz səlahiyyətlərini aşması və özünü icra başçısı kimi aparması rayonda ciddi qarşıdurmaya səbəb olub. Yaşlı icra başçısı əvvəllər qudasının onun işlərinə və səlahiyyətinə qarışmasını dözüm nümayiş etdirsə də, son zamanlar Mahir Həsənovun bütün qırmızı xəttləri keçməsi Tofiq Zeynalovun səbrini daşırıb. İcra başçısının səbrini daşırdan əsas məqamlardan biri isə Mahir Həsənovun bütün maliyyə işdərini birbaşa öz nəzarətinə alması, həm də başçının yaxın qohumlarının ciddi narazılığına səbəb olub. Belə ki, rayondakı bütün gəlir mənbələrinə nəzarəti tam olaraq ələ keçirmək istəyən Mahir Həsənovun atdığı addımlar Tofiq Zeynalovun vəzifədə olan çoxlu sayda qohumlarının birbaşa maraqlarına zidd olduğu üçün başçının qohumlarının birinci müavinə açıq üsyan bayrağı qaldırdıqları bildirilir. Qeyd edək ki, Tovuzun icra başçısı Tofiq Zeynalovun yaşı 70-i ötüb. Dövlət qulluqçuları haqqında qanuna əsasən Tovuzun icra başçsı çoxdan təqaüdə getməli olsa da, hələ də icra başçısı olaraq çalışmaqda davam edir. Adətən işdə çox az olan yaşlı icra başçısının işlərini isə bir qayda olaraq qudası olan birinci müavini Mahir Həsənov görür. Son zamanlar isə Mahir Həsənovun atdığı addımlar Tofiq Zeynalovun vəzifədə olan çoxsaylı qohumları tərəfindən narazılıqla qarşılanır. Mənbə bildirir ki, Tofiq Zeynalovun vəzifədə olan çoxsaylı qohumları yeni başçı olaraq 25 saylı TSEK-in sədri Arif Səmədovu görmək istəyirlər. Mahir Həsənov isə öz növbəsində bir neçə dəfə başçı olmaq üçün cəhd eləsə də, hələ ki, istəyinə çata bilmir. Mənbə onu da bildirir ki, Tovuzda sosial vəziyyət həddən artıq ağırdır. Mahir Həsənov başda olmaqla Tofiq Zeynalovun vəzifədə olan qohumları rayonda açıq şəkildə talançılıqla məşğul olduğundan rayon tamamilə problemlər içində itib batır. Yazıda adıkeçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |