Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbarovdan pul qazanmağın üsuli-cədidi...
Mikayıl Cabbarovdan pul qazanmağın üsuli-cədidi...12-10-2015, 11:17 |
Orta məktəblərdə təhsilin səviyyəsinin artırılması istiqamətində dövlət büdcəsindən ayrılan vəsaitlərin hara xərclənməsi hələ də böyük sual olaraq qalmaqdadır. Hələ Təhsil naziri Misir Mərdanovun zamanında belə TQDK tərəfindən təhsilin səviyyəsinin aşağı olması dəfələrlə bildirilsə də, buna məhəl qoyan yox idi. Məlum problemin Misir Mərdanovla əlaqələnəndirilməsi və nazir olaraq işinin öhdəsindən gələ bilmədiyini deyənlər də yanılıb. Artıq 2 ildir ki, yeni təhsil naziri olan Mikayıl Cabbarov da ciddi irəliləyişə nail ola bilməyib. Orta məktəblərdə təhsilin səviyyəsi böyük pullar və layihələr hesabına yenə yerində sayır. Bu illər ərzində çox az sayda məktəıb direktoru dəyişdirilib ki, bu da effektsiz addımlar hesab olunur. Maraqlıdır, görəsən Mikayıl Cabbarov məktəbləri illərdi özəlləşdirən, yaşlı və artıq işləmək imkanı olmayan, hətta psixoloji durumu artıq yerində olmayan bəzi müəllimlərin hələ də ibtidai siniflərdə dərs keçməsinə nəyinsə müqabilində göz yuman bu kimi direktorları niyə dəyişmir? Hansı səbəblə Misir Mərdanovun vaxtından qalan direktorlar hər an işdən çıxarılmaq təhlükəsi altında saxlanılır? Əslində bu sualların cavabı bəllidir. Sadəcə bu suallara nazir özü cavab verməlidir ki, içtimaiyyətə müəyyən məsələlər aydınlaşsın. Bütün bunların fonunda yeni tədris ilindən orta məktəblərdə pullu haqırlıq kurslarının planlaşdırlması və hətta efirlərdən reklam olunması halları aidiyyatı qurumları düşündürməlidir. Əgər orta məıktəblərdə normal təhsil verilirsə o zaman pullu özəl kursların təşkili kimə və nəyə lazimdır? Pullu kurslar təşkil etmək təhsilin səviyyəsini qaldırmaqdır yoxsa biznes qurmaq…? Bizimxeber.az-a daxil olan məlumata görə, nazoir Mikayıl Cabbarovun yaxın adamları orta məktəblərin direktorları ilə danışıqlara gedərək ozəl hazılrlıq kursları hazırlqmağa start verib. Bakının bir neçə rayonunda – Xəzər, Suraxanı, Sabunçu, Xətai rayonlarındakı təmirli məktəblərdə sinif otaqları götürərək müəllimlər toplayırlar. Kurslar pulludur. Ən maraqlısı odur ki, kursları həmin məktəblərin müəllimləri deyil, başqa müəllimlər həyata keçirəcək. Bundan məlumatlı olan məktəb müəllimləri isə, direktorlara etiraz edir, hətta ölkə başçısına məktubla müraciət etməyi polanlaşdırır. Bir sözlə, nazir Mikayıl Cabbarov və onun adamları yeni biznes şəbəkəsi qurur… Bu barədə yaxın günlərdə dəqiq məlumat verəcəyik. Geri qayıt |