Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Salyan sakini deputatlığa namizədi çətinə saldı...
Salyan sakini deputatlığa namizədi çətinə saldı...13-10-2015, 11:12 |
Vertikal.az-a ilginc bir oxucu məktubu daxil olub. Həmin məktubu diqqətinizə çatdırır və qarşı tərəfin də münasibətini işıqlandırmağa hazır olduğumuzu bildiririk: "Hörmətli redaksiya sizə yazmaqda məqsədim Salyan Neftçala 60 saylı Seçki Dairəsindən namizədliyini verən İsmayıl Ağayevlə bağlıdır. Onun bu dairədən namizədliyini verməyinə sözüm yoxdur. Bir azərbaycanlı balası kimi onun buna hüququ var. Lakin bu yaxınlarda mətbuata verdiyi açıqlamada Salyanın Qarabağlı kəndinin ona doğma olduğunu deməsi və güya onun doğma olan kəndə nəsə yaxşılıq etməsini deməsi bu məktubu yazmağa məcbur etdi. Birinci dədə babalarımızın yaxşı bir sözü var. Kişi elədiyini deməz. Deməli o, bu ona doğma olan kəndə nəsə edibsə buna görə bu boyda ərazidə yaşayan camaat əvəzində onu deputat seçməlidir? Hansı ki, özü demişkən bu kənddə yaşayan camaat ona doğmadırsa deməli bu onun imkanlı bir şəxs kimi borcu idi. Lakin İsmayıl müəllim heç nə etdiyini demir. Desin bilək, bəlkə o bu kəndə suvarma artezianları vurdurub, qaz çəkdirib, bəlkə məktəbi təmir elətdirib, uşaq baxçası açdırıb? Hansı bir kasıbın uşağını oxutdurub? İndi isə ətrafına bir neçə ziyalını yığıb gəlib ki, mən sizin deputatınız olacam. Məndə bu məktubu yazıram ki, qoy camaatımız ondan soruşsun, Noxudluda məçid tikilməli idi harda idi o zaman İsmayıl müəllim. Kəndlərdə məktəblər təmir edilməli idi? Harda idi onda İsmayıl müəllim. Yollarımız armadağın idi, harda idi onda İsmayıl müəllim? Nədənsə o vaxtlar biz onu heç bu doğma yerlərdə işçi briqadaları ilə görmədik. Bəyəm pdoğma saydığın yerlərə nəsə etmək üçün ancaq seçkilər zamanı oraları yada salmalısan? Axı o bu kənd üçün hansı ictimii bir iş görüb? Gərək etdiyini deməyəsən, dedinsə adını çəkəsən. Və bəyəm 60 saylı Salyan Neftçala dairəsi ancaq Qarabağlı kəndindən ibarətdir? Xələc, Noxudlu, Gomuşlu, Kərimbəyli, Kolanı və daha onlarla kəndlərin adlarını çəkmək olar. Amma çəkmirəm. Çünki çəksəm nə xeyri? Onsuzda hamı bilir ki, bu kədləri əgər seçki məcburiyyəti olmasa idi İsmayıl müəllim heç yadına salmazdı. Nə isə, hər halda fikirlərimi sizə yazıb göndrməkdə məqsədim camaatımızı bir də düşünməyə məcbur etməkdir. Elə adamı qəbul edin ki, onu həqiqətən tanıyasınız. Lazım olanda ona əliniz çatsın. Sizin xeyrinizə şərinizə şərik olsun. Təmiz keçmişi və xalqını sevən ürəyi olsun. İsmayıl müəllimə mətbuat vasitəsi ilə sual vermək istəyirəm? O nə üstündə həbs edilərək uzun müddət həbsxanada cəza çəkmişdir? O boyda həbsdə yatdıdan sonra bələdiyyədə sadə şöbə müdrü işləyən İsmayıl Ağayev bu qədər sərvəti necə əldə edib? İşlədiyi Səbayel bələdiyyəsindən nə üstündə işdən çıxardılıb? Onun Qərbi Azərbaycandan yerlisi ( deyilənə görə hətta uzaq qohumu)olan, Qarabağ müharibəsi vetanı, məşhur döyüşçü, Qarabğ müharibəsində “superyeraz” ləqəbi ilə tanınan Xudaverdiyev Telmanı nəyə görə şərləyib həbs etdirib? Deyirsiniz siz də vuruşmusunuz, harda, nə zaman, hansı taborun nəzdində? (Amma xahiş edirəm ora kömək apardığınız zaman çəkilən videoları sübut kimi göstərməyin və qohumlarınızı şahid göstərib onları utandırmayın.) Salyan rayonu. Xalac kəndi sakini Əhmədağa Zahidov" Geri qayıt |