Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Adil Vəliyevin adı yenə də qanun pozuntusunda...
Adil Vəliyevin adı yenə də qanun pozuntusunda...14-10-2015, 11:15 |
Dünən Pirşağı qəsəbəsində parlament seçkiləri ilə əlaqədar qanun pozuntusu baş verib. Məlumata görə, 27 saylı Sabunçu ikinci dairəsindən deputatlığa namizəd Dilarə Cəbrayılova ilə bağlı icra başçısının göstərişi iləYAP-ın qərargahında seçicilərin görüşü olub. Rayon rəhbərinin göstərişi ilə bütün idarə, təşkilat nümayəndələri, məktəblilər görüşə məcburi aparılıblar. Məlumatda o da qeyd edilir ki, səsvermə yaşına çatmamış məktəblilərin seçki təbliğatına cəlb edilməsi özü qanunsuzluqdur. Deputatlığa namizəd Dilarə Cəbrayılovanın bu addımı ilə bağlı DSK-na müraciət olunub, sədr bu görüşdən xəbərsiz olduğunu bildirib. DSK-nın qərarına əsasən 27-ci dairənin namizədləri ancaq Sabunçuda qapalı, Balaxanıda açıq görüş keçirə bilərlər. Məlumatda deyilir ki, Sabunçu İcra Hakimiyyəti başşısının qeyri-rəsmi tapşırığı ilə digər namizədlər belə görüşlərdən məhrum edilib. Məlumata görə, MSK belə bir qeyri-qanuni seçki təbliğatından xəbər tutarsa, o zaman Dilarə Məmmədağa qızının namizədliyi ləğv olunacaq. Məluamta görə, digər namizədlər Dilarə Cəbrayılova üçün yaradılan belə şəraitdən bərk narahat olub.Çünki D.Cəbrayılova üçün hər gün ərazidəki qəsəbələrdə icazəsiz görüşlər planı hazırlanıb, İH başçısının dəstəkllədiyi namizədin seçiləcəyi artıq hamıya məlumdur. (veteninfo.az) Geri qayıt |