Əsas Səhifə > Güney Press, Reklam > Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s qədər sürəti dəstəkləyəcək!
Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s qədər sürəti dəstəkləyəcək!15-10-2015, 16:43 |
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s sürəti dəstəkləyəcək. Buna şəbəkəni LTE-nin təkmilləşdirilmiş variantı olan “LTE-Advanced” tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. Bakcell tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur. Bakcell şirkətinin 2015-ci ilin may ayında istifadəyə verdiyi 1800 MHz tezlikdə işləyən və Kateqoriya 4 (150 Mbit/s-yə qədər) olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi bütün Bakcell abunəçilərini yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir. İndi isə ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə Bakcell abunəçiləri 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə 50% daha sürətli mobil internet təcrübəsindən faydalana biləcəklər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyası nə üçün vacibdir? Tezlik daşıyıcılarının birləşməsi texnologiyası çoxlu sayda radio kanalları (tezlik daşıyıcılarını) müxtəlif və ya eyni tezlik diapazonlarında sanki eyni olan bir kanal kimi istifadə etməyə imkan verir. Daha çox tezlik daşıyıcısı daha yüksək sürət və daha böyük tutum deməkdir. Bu, sıx hərəkətli avtomobil yolunun zolaqlarını genişləndirərək çoxzolaqlı avtobana çevrilməsinə oxşayır. Yolda zolaqların sayı nə qədər çox olarsa, onun üzərində yüksək sürətlə hərəkət edə bilən avtomobillərin sayı da bir o qədər çox ola bilər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyasının Kateqoriya 6 səviyyəsinin özü 40 MHz tezlik diapazonuna malik olmaqla müəyyən və ya çoxdiapazonlu tezliklərdə 300 Mbit/s-yə qədər sürətə nail olunmasına imkan verir. Düzgün cihazın sahibi olmaq ən yaxşı təcrübəyə malik olmaq deməkdir 1800MHz tezlik diapazonunda (Band #3) işləyən Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihaz istifadəçiləri Bakcell şirkətinin ultra-sürətli “LTE-Advanced” mobil şəbəkəsində maksimal sürətli internet təcrübəsindən tam faydalanmaq imkanına malik olurlar. 2015-ci ilin oktyabr ayından başlayaraq, Apple, Samsung, HTC, LG, Huawei, Sony və digər məşhur istehsalçılar hazırda bazarda əldə oluna bilən 1800 MHz tezlik diapazonunda Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən 80-dən çox cihaz satışa buraxıblar. Belə cihazların sayı sürətlə artmaqdadır. Müştəri təcrübəsi dəyişəcək Bakcell şirkəti ən yaxşı müştəri təcrübəsinin təmin edilməsinə birinci dərəcəli prioritet məsələ kimi yanaşır. Bu gün Bakcell abunəçiləri LTE şəbəkəsində mobil internet xidmətindən orta hesabla saniyədə 20-30 Mbit sürətlə faydalanırlar ki, bu da əsasən cihazlara və tətbiqetmələrin istifadəsinə olan tələbatla bağlıdır. “Biz Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihazlarda məhsuldarlığın iki dəfə artaraq orta hesabla 60 Mbit/s-yə çatacağını gözləyirik. Bu, Bakcell abunəçilərini maksimum keyfiyyət təcrübəsi ilə təmin edəcək. Yükləmə sürətinin iki dəfə artması nəticəsində məzmunun yüklənməsində gecikmələrin azalması, mobil cihazlarda real zaman rejimində oynanılan oyunların sürətlənməsi və cihazların hərəkətdə olarkən ümumi məhsuldarlığının artırılması vasitəsilə Bakcell LTE şəbəkəsində rəqəmsal təcrübə təkmilləşdiriləcək. Bu inanılmaz yükləmə sürəti ilə batareyanın həyat müddəti əvvəlkindən daha uzun sürəcək, çünki cihazın radiotransiver və mərkəzi prosessorunun yüklənməsinə olan ehtiyacla birlikdə yükləmə müddəti də azalacaq”, - deyə Bakcell şirkətinin Baş Texniki Direktoru cənab Yigit Berktaş bildirib. Bakcell abunəçiləri adi xidmətlərdən istifadə etdikləri zaman da ultra-sürətli genişzolaqlı mobil şəbəkədən daha çox fayda əldə edə bilərlər: Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s sürəti dəstəkləyəcək. Buna şəbəkəni LTE-nin təkmilləşdirilmiş variantı olan “LTE-Advanced” tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. Bakcell tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur. Bakcell şirkətinin 2015-ci ilin may ayında istifadəyə verdiyi 1800 MHz tezlikdə işləyən və Kateqoriya 4 (150 Mbit/s-yə qədər) olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi bütün Bakcell abunəçilərini yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir. İndi isə ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə Bakcell abunəçiləri 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə 50% daha sürətli mobil internet təcrübəsindən faydalana biləcəklər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyası nə üçün vacibdir? Tezlik daşıyıcılarının birləşməsi texnologiyası çoxlu sayda radio kanalları (tezlik daşıyıcılarını) müxtəlif və ya eyni tezlik diapazonlarında sanki eyni olan bir kanal kimi istifadə etməyə imkan verir. Daha çox tezlik daşıyıcısı daha yüksək sürət və daha böyük tutum deməkdir. Bu, sıx hərəkətli avtomobil yolunun zolaqlarını genişləndirərək çoxzolaqlı avtobana çevrilməsinə oxşayır. Yolda zolaqların sayı nə qədər çox olarsa, onun üzərində yüksək sürətlə hərəkət edə bilən avtomobillərin sayı da bir o qədər çox ola bilər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyasının Kateqoriya 6 səviyyəsinin özü 40 MHz tezlik diapazonuna malik olmaqla müəyyən və ya çoxdiapazonlu tezliklərdə 300 Mbit/s-yə qədər sürətə nail olunmasına imkan verir. Düzgün cihazın sahibi olmaq ən yaxşı təcrübəyə malik olmaq deməkdir 1800MHz tezlik diapazonunda (Band #3) işləyən Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihaz istifadəçiləri Bakcell şirkətinin ultra-sürətli “LTE-Advanced” mobil şəbəkəsində maksimal sürətli internet təcrübəsindən tam faydalanmaq imkanına malik olurlar. 2015-ci ilin oktyabr ayından başlayaraq, Apple, Samsung, HTC, LG, Huawei, Sony və digər məşhur istehsalçılar hazırda bazarda əldə oluna bilən 1800 MHz tezlik diapazonunda Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən 80-dən çox cihaz satışa buraxıblar. Belə cihazların sayı sürətlə artmaqdadır. Müştəri təcrübəsi dəyişəcək Bakcell şirkəti ən yaxşı müştəri təcrübəsinin təmin edilməsinə birinci dərəcəli prioritet məsələ kimi yanaşır. Bu gün Bakcell abunəçiləri LTE şəbəkəsində mobil internet xidmətindən orta hesabla saniyədə 20-30 Mbit sürətlə faydalanırlar ki, bu da əsasən cihazlara və tətbiqetmələrin istifadəsinə olan tələbatla bağlıdır. “Biz Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihazlarda məhsuldarlığın iki dəfə artaraq orta hesabla 60 Mbit/s-yə çatacağını gözləyirik. Bu, Bakcell abunəçilərini maksimum keyfiyyət təcrübəsi ilə təmin edəcək. Yükləmə sürətinin iki dəfə artması nəticəsində məzmunun yüklənməsində gecikmələrin azalması, mobil cihazlarda real zaman rejimində oynanılan oyunların sürətlənməsi və cihazların hərəkətdə olarkən ümumi məhsuldarlığının artırılması vasitəsilə Bakcell LTE şəbəkəsində rəqəmsal təcrübə təkmilləşdiriləcək. Bu inanılmaz yükləmə sürəti ilə batareyanın həyat müddəti əvvəlkindən daha uzun sürəcək, çünki cihazın radiotransiver və mərkəzi prosessorunun yüklənməsinə olan ehtiyacla birlikdə yükləmə müddəti də azalacaq”, - deyə Bakcell şirkətinin Baş Texniki Direktoru cənab Yigit Berktaş bildirib. Bakcell abunəçiləri adi xidmətlərdən istifadə etdikləri zaman da ultra-sürətli genişzolaqlı mobil şəbəkədən daha çox fayda əldə edə bilərlər: İstifadəçilər “LTE Advanced” texnologiyasından necə faydalana bilərlər? Ultra-sürətli mobil genişzolaqlı rabitəyə tələbat artmaqdadır. Kateqoriya 6 LTE şəbəkəsi istifadəçilərə yüksək keyfiyyətli 4K videolara baxmaq, canlı iştirakçısı olduqları idman fəaliyyətlərindən və konsertlərdən real vaxt rejimində HD keyfiyyətli videolara çəkdikləri qiymətli anları məşhur paylaşma portalları vasitəsilə bölüşmək, tibbi xidmətlər kimi böyük həcmdə məlumatları məsafədən analiz etmək qabiliyyətinə malik olan daha çox daşına bilən texnologiyalardan və getdikcə püxtələşdirilən gələcək nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək, bütün tətbiqetmələrin və cihazların “Əşyaların İnterneti”nə qoşulduğu və bizi əsl “ağıllı” evlər erasına gətirəcək imkanları yaradan yeni bir dünyanın qapılarını üzünə açaraq onların gündəlik həyatını dəyişəcək. 225 Mbit/s sürətin dəstəklənməsi üçün LTE şəbəkəsi ilk öncə Bakı şəhərində, bundan sonra isə qısa müddət ərzində Abşeron yarımadası ərazisində təkmilləşdirilərək istifadəyə veriləcək. Bakcell öz abunəçilərinin rahatlığını təmin etmək üçün ən qabaqcıl texnologiyalara investisiyalar yatırmaqda davam edəcək. 4G şəbəkəsi abunəçilərin cihazlarında batareyaların 2G şəbəkələri ilə müqayisədə daha uzunömürlü olmasına, hətta əhatə dairəsinin ən zəif olduğu sahələrdə daha yüksək keyfiyyət və sürətlə işləməsinə imkan verir. Telefonda siqnal gücünün işarəsi hətta iki zolaq göstərəndə də 5-10 Mbit/s sürət almaq mümkündür. Artıq Bakcell 4G şəbəkəsinin əhatə dairəsi Bakıda bəzi operatorların 3G şəbəkəsindən daha genişdir. Bakcell şirkətinin ultra-sürətli genişzolaqlı mobil xidmətləri ilə ən müasir “LTE-Advance” texnologiyasından və innovasiyalardan istifadə etmək imkanına malik olmaq üçün Bakcell hamını imtiyazlı istifadəçilər klubuna qoşulmağa dəvət edir. Geri qayıt |