Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mikayıl Cabbarov GDU rektorunu "qoynunda nə qədər bəsləyəcək"?

Mikayıl Cabbarov GDU rektorunu "qoynunda nə qədər bəsləyəcək"?


4-11-2015, 11:32
Mikayıl Cabbarov GDU rektorunu "qoynunda nə qədər bəsləyəcək"?
Gəncə Dövlət Universitetində (GDU) rüşvət, korrupsiya hallarının tüğyan etdiyinə dair indiyə qədər xeyli sayda məlumatlar yayılır. Bu məlumatlarda açıq şəkildə rektor Yusif Yusifova ağır ittihamlar irəli sürülsə də, qarşı tərəfin heç bir tutarlı reaksiya vermədiyi də məlumdur.

JAM.AZ Demokratiya.info-ya istinadən xəbər verir ki, GDU-da rektor və dekanın yeni ortaq biznesi üzə çıxıb. Daha doğrusu, xeyli əvvəldən mövcud olan bu «biznes»in üzəri qəfil açılıb.

İşin üstünün açılmasının səbəbkarı isə GDU-nun fizika fakultəsinin dekanı İldırım Qasımovdur. Məlumatda vurğulanır ki, dekan hər gün günorta və şamı həmkarları ilə birlikdə restoranlarda edir. Belə ki, Qasımov özüylə Fəxrəddin Məlikovu, Yəhya Namazovu, Asif Cavadovu, Mahir Nağıyevi və Niyazi Quliyevi götürərək, günorta yeməyini «Avtozavod» yolundakı Qabilin, şam yeməyini isə Göygöl-Gəncə yolunun yanındakı Rantikin yeməkxanasında edir. Sual oluna bilər ki, hər hansı bir universitet müəllimi əmək haqqısı ilə gündə iki dəfə restoranda yemək yeyə bilməz. Bəs, İldırım Qasımov bu qədər pulu haradan tapır?

Bildirək ki, İldırım Qasımov fizika fakültəsinin dekanı olaraq özünə yeni gəlir mənbələri yaradıb. Onun əsas fəaliyyəti hər gün restoranlarda yeyib-içdikdən sonra Gəncənin icra başçısı Elmar Vəliyevi və GDU-nun rektoru Yusif Yusifovu müzakirə etməkdir. Gəliri isə çox ilginc yerdəndir. Bu ilginclikdə universitetdə təhsil alan tələbələrin «aylığa» buraxılmasıdır. Bu tələbələrin arasında pedoqoji təcrübədə olanlar da var.

Onların siyahısını sizlərə təqdim edirik:

Bəyim Xəlilova- GDU-nun texnologiya müəllimliyi ixtisası, IV kurs;
Şəhla Ələkbər- Texnologiya müəllimliyi ixtisası, II kurs;
Nərmin Ələkbər- Texnologiya müəllimliyi ixtisası, II kurs;
Qələmkar Məmmədova;
Gülgün Mustafayeva;
Saray Yəhyazadə;
Sahib Məmmədzadə- Təsviri incəsənət ixtisası, IV kurs;
Nərmin Həsənova- Təsviri incəsənət ixtisası, IV kurs;
Cavid Rəhimzadə- Təsviri incəsənət ixtisası, IV kurs;
Şərifə İsmayılova- Təsviri incəsənət ixtisası, IV kurs;
Səhnə Məmmədova- Təsviri incəsənət ixtisası, IV kurs;
Vüsal Qurbanov- Təsviri incəsənət ixtisası, IV kurs;
Minəxanım Cəfərova - Təsviri incəsənət ixtisası, IV kurs;
Fidan Əkbərli- Təsviri incəsənət ixtisası, IV kurs.

Bu hələ bizim ortaya çıxara bildiklərimizdir. Araşdırmalar zamanı bu sayın xeyli çox olduğu elə ilk addımdan məlum olub və digərlərinin də adını dəqiqləşdirib diqqətinizə çatdıracağıq.

Dqiqləşdirmələrə görə, İldırım Qasımov GDU-da təkcə bu işlərlə məşğul olmur. O həmçinin «daşdan da pul çıxarır». Məsələn, TQDK xətti ilə az bal toplamış tələbələrin pul qarşılığında qrupp nümayəndəsi təyin olunması universitetdə adi hala çevrilib.

Mikayıl Cabbarov GDU rektorunu "qoynunda nə qədər bəsləyəcək"?

Ortada gəzən söhbət budur ki, Qasımov bu pulları təkbaşına «həzmi rabe»dən keçirir. Əslində isə bunun inandırıcı olduğu şübhəlidir. Çünki rektorun xəbəri olmadan GDU-da «quş» belə «uça» bilmir. O zaman məntiqi baxımından mənzərə belə alınır ki, fizika fakultəsinin dekanı aylığa buraxdığı tələbələrdən aldığı pulların bir qismini də Yusif Yusifova verir.

Hərçənd İldırım Qasımovla bağlı başqa bir xəbər də var. O da dekanın xeyli borca düşməsi ilə bağlıdır. Bu borcun isə hələ bir müddət əvvəl xəbər verdiyimiz kimi, «Danasatan» dostuna görə yarandığı deyilir. Həmin məlumatda vurğulanırdı ki, İldırım Qasımov GDU-nun keçmiş rəhbərliyini qorxutmaq və hədələmək üçün mal alveri ilə məşğul olan dostunu geyindirib, keçindirib MTN-in təhsil işlərinə nəzarət edən şöbəsinin əməkdaşı kimi universitetə gətirib. İşin üstü isə sabiq rektor tərəfindən açılıb və «danasatan» oğlan həbs olunaraq, polisə verilib. Polisin apardığı araşdırma isə hələ də davam edir və bu proses dekana xeyli baha başa gəlməkdədir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt