Əsas Səhifə > Güney Press, Manşet, foto, Üçüncü sektor > Müəmmalı gecə gəzintisi, 5 min manatlıq şuba, kabinetdə araq məclisləri və...
Müəmmalı gecə gəzintisi, 5 min manatlıq şuba, kabinetdə araq məclisləri və...10-11-2015, 11:02 |
Ölkənin ən qalmaqallı icra başçısı heç şübhəsiz ki, Beyləqanın “hakimi-mütləqi” Vaqif Abdullayevdir. Onun haqqında mətbuatda elə şok informasiyalar dərc olunub və heç biri də təkzib olunmayıb ki, sadəcə təəccüblənməmək mümkünsüzdür. Belə birinin icra başçısı postunda əyləşməsinin adını biz tapa bilmədik, təqdim edəcəyimiz faktlarla tanış olduqdan sonra hər bir oxucumuz buna özü ad qoyar. Biz isə Savash.org olaraq bu günə qədər ölkə mətbuatında Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı dərc edilmiş faktları təqdim etməklə kifayətlənirik. Beləliklə… “Cənnət bağı” restoranında gecə əyləncələri… Həmin məlumatlarda iddia olunur ki, Vaqif Abdullayevlə gününü əyyaşlığa sərf edir və icra başçısı xidməti otağından daha çox “Cənnət bağı” restoranında əyləşir: “İcra başçısı özünə yaxın yerli məmurlarla “Cənnət bağı” restoranında gecə yarıya qədər davam edən əyləncələr təşkil edir. Məsələn, bu günlərdə yerli məmurlardan birinin 55 yaşınının tamam olması münasibətilə adıçəkilən məkanda icra başçısının iştirakı ilə təntənəli mərasim düzənlənib. Ümumiyyətlə isə bu kimi dəbdəbəli qonaqlıqlar Vaqif Abdullayevin həyat tərzidir. Hətta müqəddəs Ramazan ayında belə təntənəli qonaqlıqlarından qalmayan icra başçısının əməlləri rayonda ciddi narazılığa səbəb olmaqdadır”. 5 minlik şuba söhbəti... Yayılmış məlumatlarda daha sonra iddia olunur ki, icra başçısı tutduğu yüksək dövlət postuna yaraşmayan əməllərinə görə də diqqət mərkəzindədir. Belə ki, onun adını açıqlamaq istəmədiyimiz qadınlarla bağlı yaşadıqları da kifayət qədər ilgincdir. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Vaqif Abdullayev münasibətdə olduğu qadınlardan birinə 5 min manata şuba alması ilə öyünür, digərini isə yüksək vəzifəyə təyin edib. Polisin “mərdimazarlığı” və ya “gecə qara, cücə qara” İndi oxuyacağınız abzas isə icra başçısının ən yeni sərgüzəştlərindəndir. Belə ki, bir neçə həftə öncə gecə vaxtı icra başçısı idman stilində, başında isə kepka rayonun qaranlıq küçələrindən birində yerləşən mənzilə girmək istəyərkən polis işçisilərilə qarşılaşıb. Qaranlıqda başçını tanımayan polis işçiləri ondan kim olduğunu soruşublar, Vaqif Abdullayev isə polis işçilrinə bərk qəzəblənməklə onlara kim olduğunu göstərib. Mənbəmiz bildirir ki, şübhəlinin icra başçısı olduğunu görən polis işçiləri üzürxaxlıq edərək ərazidən uzaqlaşıblar. Ad gününü kabinetində şərab içməklə qeyd edib Daha bir yazıya diqqət yetirək: 59 yaşını kabinetində keçirən icra başçısı içkili vəziyyətdə olub. Beyləqandan redaksiyamıza daxil olan məlumat görə icra başçısı Vaqif Abdullayevlə rayon maliyyə idarəsinin müdiri Oktay Hacıyev arasında qarşıdurma yaranıb. Belə ki, maliyyə idarəsinin müdirini yanına çağıran icra başçısı ondan büdcə təşkilatlarından birinə ayrılan vəsaitin sənədlərini istəyib. Oktay Hacıyev isə icra başçısının hansı sənədləri istəyirsiniz? deyə ikinci dəfə soruşanda Vaqif Abdullayev idarə müdirini ən ağır söyüşlərlə təhqir edib. Mənbə bildirir ki, icra başçısının həmin gün 59 yaşı tamam olub. Bu səbəbdən Vaqif Abdullayev kabinetində içki qəbul edib və bu vəziyyətdə də idarə müdiri ilə mübahisə edib. Hələlik bu qədər, amma əlimizdə daha ilginc məlumatlar var və həmin məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. Geri qayıt |