Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ağdamda müəllimlərin əməkhaqqıları kimlər tərəfindən və necə mənimsənilib...

Ağdamda müəllimlərin əməkhaqqıları kimlər tərəfindən və necə mənimsənilib...


11-11-2015, 12:37
Ağdamda müəllimlərin əməkhaqqıları kimlər tərəfindən və necə mənimsənilib...
DİA.AZ: - Redaksiyamıza Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədova qarşı ağır ittihamların yer aldığı məqalə göndərilib. Həmin məlumatı DİA.AZ olaraq təqdim edirik:

“Bildiririk ki, 2015-ci ilin sentyabr ayı da daxil olmaqla Ağdam Təhsil Şöbəsinin müdiri Rahil Allahverdiyev müəllimlərin əmək haqqısını verməyib. Məlumat üçün bildirək ki, 2015-2016-cı dərs ilində rayonun 135 ümumtəhsil məktəblərindən hesabat adı ilə 2000 manatdan pul yığılmış, cəmi 270 min manat İcra başçısı Raqub Məmmədova verilmişdir.

Yığılan puldan rayon maliyyə idarəsi rəisinin “hesabı” çatmadığına görə 2015-ci ilin sentyabr-oktyabr ayları üçün müəllimlərin əmək haqqısı verilməyib. Səbəb kimi isə göstərilən budur ki, keçən dərs ilindən fərqli olaraq cari tədris ilində rayon Təhsil Şöbəsi üzrə 43 sinif komplekti artmış buna görədə vəsait çatmadığına görə müəllimlərin maaşlarının verilməsi mümkünsüzdür”.

Daha sonra dia-az.life-a daxil olan materialda qeyd olunur: “Yaranmış vəziyyət Ağdam təhsil işçiləri arasında ciddi narazılığa səbəb olmuş və müəllimlərin 13.11.2015-ci il tarixdə kütləvi şəkildə Ağdam rayon İcra hakimiyyətinin qarşısında toplanacaqlarını bildirmişlər.

Məlumat üçün bildirək ki, əlavə sinif komplektlərinin yaradılması məqsədi ilə Rahil Allahverdiyev bütün məktəblərdən 2000 min manatdan yığaraq rayon rəhbərinə çatdırdığını bildirmişdir.

Ağdam təhsilində olan özbaşınalıq və yarıtmazlıq əsaslı narazılığa səbəb olmuşdur. Ağdamın icra başçısı Raqub Məmmədovun Ağdamın sabiq icra Başçısı Nizami Sadıqovun mülklərinin əlindən alması ilə məşqul olduğundan müəllimlərin narazılığına vaxt ayıra bilmir”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt