Əsas Səhifə > Güney Press, Reklam > Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir
Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir12-11-2015, 09:31 |
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirməkdədir. Şirkətdən Trend-ə verilən məlumata görə, Bakcell şirkəti Azərbaycana səfər edən qonaqlara 4G LTE rouminq xidmətlərini təklif edən ilk və yeganə ölkə mobil operatorudur. Eyni zamanda, Bakcell şirkəti ölkədə yeganə mobil operatordur ki, 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanı yaradır. 2015-ci ilin may ayında 4G xidmətinin istifadəyə verilməsindən qısa müddət sonra Bakcell dünyanın 14 ölkəsində LTE rouminq xidmətini təqdim etməyə başladı. Bakcell şirkətinin ölkə xaricində rouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi şirkətin abunəçiləri dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinə qoşmaqla roumunq xidmətindən dəyərlənə bilirlər. 4G rouminq xidməti vasitəsilə Azərbaycana səfər edən xarici qonaqlar Bakcell şəbəkəsini seçməklə LTE texnologiyasının təmin etdiyi yüksək keyfiyyətli və daha sərfəli qiymətli rouminq xidmətlərindən faydalanmaq imkanını əldə edirlərr. Şirkətin ölkə daxilində LTE rouminq xidmətləri göstərən tərəfdaşlarının sayı artıq 32-yə çatıb. Bakcell şirkətinin LTE rouminq xidməti həm fərdi, həm də korporativ müştərilərə eyni şərtlərlə təqdim olunur. “Şəbəkəmizin inkişaf etdirilməsi, o cümlədən 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş böyük investisiyalar çərçivəsində Bakcell şirkəti Azərbaycana gələn xarici qonaqlara və əlbəttə, xarici ölkələrə tez-tez səfər edən abunəçilərinə 4G LTE xidmətini təklif etməkdən məmnunluq duyur. Şəbəkəmizdə ən son texnologiyalardan və ən yaxşı mobil İnternet təcrübəsindən istifadə etmək istəyən, xüsusilə biznes fəaliyyəti ilə məşğul olan və xarici ölkələrə səfərləri zamanı istədiyi vaxt rabitə əlaqəsi qurmaq istəyən xeyli abunəçimiz var. Həmçinin, Azərbaycana gələn istifadəçilər 4G mobil rabitə operatoru kimi yalnız Bakcell şəbəkəsini seçirlər və 4G şəbəkəsindən asanlıqla istifadə edərək özlərini evlərindəki kimi hiss edirlər. Biz öz rouminq tərəfdaşlarımızın siyahısının genişləndirilməsi istiqamətində işləri davam etdiririk”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. Gündəlik olaraq 1000-ə yaxın qonaq məlumat axtarmaq, e-poçt vasitəsilə əlaqə saxlamaq və İnternetdən istifadə etmək üçün gündə orta hesabla 17MB sərf edərək Bakcell şəbəkəsinin təqdim etdiyi ən sürətli LTE xidmətindən faydalanır. Bakcell LTE şəbəkəsindən ən çox istifadə edən qonaqların aid olduğu ilk beşliyə daxil olan ölkələrin siyahısı: Ölkə İstifadəçilər Rusiya 49.81% Almaniya 7.80% İtaliya 7.66% Birləşmiş Krallıq 7.42% Niderland 3.34% Qeyd: Türkiyədə LTE xidmətləri təklif olunmadığına görə hazırda bu ölkədə LTE rouminq xidmətinin istifadəçiləri yoxdur. Bakcell abunəçiləri üçün LTE rouminq xidmətinin qiyməti 2G və 3G şəbəkələrində rouminq xidmətinin qiymətləri ilə eynidir. Ziyarət olunan ölkədə fəaliyyət göstərən operator şəbəkəsinin şərtlərindən asılı olaraq, Bakcell orta hesabla 30 Mb/san həcmində yükləmə və ötürmə sürəti ilə 4G LTE rouminq xidmətlərini təqdim edir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. Geri qayıt |