Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rayon icra başçılarının ələmə prosesi start götürür

Rayon icra başçılarının ələmə prosesi start götürür


12-11-2015, 10:37
Rayon icra başçılarının ələmə prosesi start götürür
DİA.AZ: - Rayon icra hakimiyyəti başçılarının parlament seçkilərindən sonra ələnməsi prosesinə start veriləcəyi hələ əvvəlindən proqnozlaşdırılırdı. Bununla bağlı DİA.AZ-a verilən xəbərdə bildirilir ki, artıq 8 rayonun icra hakimiyyəti başçısının dəyişdirilməsi üçün tədarük görülür.

dia-az.life-a danışan hökumətdəki mənbənin iddialarına görə, onların tən yarısı - 4 rayonun rəhbəri birdəfəlik olaraq vəzifəsindən azad ediləcəksə, digərlərinin təkrar olaraq başqa vəzifələrə təyinatı nəzərdə tutulub.

Bildirək ki, mənbə konkret olaraq hansı rayonların rəhbərlərinin dəyişdiriləvəyi barədə əlavə bilgi verməyib. Amma mətbuatda bu günə qədər səslənən müəyyən versiyalar var. Və son günlərin ən populyar hadisəsi olan "MTN işi" səbəbindən keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova yaxın rayon başçılarının gözlənilən prosesdə ilk "vurulanlardan" olacağı şübhəsizdir.

Geri qayıt