Əsas Səhifə > Güney Press, Şou-biznes > "Bir neçə dəfə tabut dalınca getmişəm"

"Bir neçə dəfə tabut dalınca getmişəm"


16-11-2015, 09:11
"Bir neçə dəfə tabut dalınca getmişəm"
Flora Kərimova dünyasını dəyişən həyat yoldaşlarından danışıb. Xalq artisti heç vaxt qadın kimi xoşbəxt olmadığını deyib.

Gecce.az xəbər verir ki, bu barədə o, "10lar"a çıqlamasında danışıb.

"Mən həyat yoldaşı kimi xoşbəxt olmuşam, amma qadın kimi xoşbəxt ola bilməmişəm. Həmişə üşümüşəm. Bir neçə ailəm olub. Rahat günlərim olub, amma qorxurdum ki, sonra tufan olacaq. Allah bəxş edib bu ailələri mənə, sonra da alıb. Bir neçə dəfə tabut dalınca getmişəm. Sınanmışam. Həyat yoldaşlarım dünyasını dəyişəndə, göz yaşı tökmüşəm. Düşünürlər var ki, Flora Kərimova bədbəxtlik gətirən qadındır, yox, mən sadəcə qadınam”.

Flora xanım ailəli olduğu zaman barəsində söz-söhbətlərin yayıldığını deyib.

“Ailəli olduğum zaman haqqımda şayiələr yayılırdı. Amma onların biri də sözə-söhbətə inanmayıb, üzümə nəyisə vurmayıb, eşitdiyini həqiqət kimi qəbul etməyib. Yaxşı qadından kişi getməz. Fikrimcə, qadına ailədə səbr lazımdır. Qadınlara hər zaman bunu deyirəm, kişini evdə qadıının ağlı saxlayır. 17 il qızımın atası ilə həyat yolu keçdim. Qızımın atası mənə Zümrüdü xoşbəxt nişanə qoyub. Atası dünyasını dəyişəndə, Zümrüd 7 yaşında idi. Qızım deyir ki, atasını yoxluğunu ona hiss etdirmədim. Öz məhəbbətimlə boşluğu hiss etdirmirdim".

Geri qayıt