Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb?
Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb?16-11-2015, 10:00 |
AzTV-nin rəhbəri Arif Alışanov da "MTN işi"nə görə narahatdır. İstiqlal.az-a daxil olan məlumata görə, Arif Alışanov Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən olub. Məlumata görə, Arif Alışanovun keçmiş Eldar Mahmudovun “tələsinə" düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub. Orxan Əkbərov Fətulla Gülənin Azərbaycandakı ofisinin “qeyri rəsmi” koordinatoru Elnur Aslanovun sağ əlidir. Bildirilir ki, Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən hocasından bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini “aylığa” otuzdurub. Beləliklə, Eldar Mahmudov sevimli kürəkənin “Pensilivaniya görüşü” ilə bağlı ona ötürülən görüntüləri protokollaşdırmadan şəxsi arxivində saxlayıb. Eldar Mahmudovun işdən qovulmasından sonra MTN-də başlanan araşdırma zamanı “Gülən işi” ilə əlaqədar xeyli sayda dövlətin üst qatından gizli saxlanılan sənədlər arasında Arif Alışanovun kürəkənin də adı qeyd olunan faktlar ələ keçib. Hazırda bu istiqamətdə də genişmiqyaslı araşdırmanın aparıldığı söylənilir. İstiqlal.az bundan əvvəl məlumatda yaymışdı ki, Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun doğum və ölüm günlərini xüsusi təmtəraqla qeyd edən Arif Alışanov “MTN işi”ndən dərhal sonra Eldar Mahmudovun atasının bütün “lentləri”ni tarixin oxunmayan arxivinə göndərib. Geri qayıt |