Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "MTN işi" Beyləqanda da həbslərə rəvac verə bilər...

"MTN işi" Beyləqanda da həbslərə rəvac verə bilər...


18-11-2015, 12:37
"MTN işi" Beyləqanda da həbslərə rəvac verə bilər...
Xəbər verildiyi kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır. Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs dalğası artıq bir neçə rayonları da əhatə edib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu prosesin dayanacaqlarından biri də Beyləqan rayonu ola bilər.
Beyləqan rayonunda ayrı-ayrı məmurların qanunsuzluqları haqda mediada dəfələrlə yazılıb. Bu yazılarda daha çox ənənəvi məmur harınlığından və korrupsiyadan söhbət açılıb. Amma indiki halda cumhuriyyet.az-a daxil olan məlumatlar bir rayonun iki məmurunun, özü də bir-biri ilə yaxın olan, doğma qardaş olan iki məmurun ölkə rəhbərinə qarşı təxribatı haqda düşünməyə əsas verir. Söhbət Sadıqov qardaşlarından – Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov və Beyləqan rayon Telekommunikasiya idarəsinin rəisi Ramiz Sadıqovun fəaliyyətində rast gəlinən faktlardan gedir. Rayonun təhsil şefi haqda mediada dəfələrlə yazıldığından bu yazımızda Beyləqan rayon Telekommunikasiya idarəsinin rəisi Ramiz Sadıqovdan və onun cinayət əməlindən bəhs edəcəyik. Çünki cumhuriyyet.az-a daxil olan məlumata görə rabitə sistemində aparılan yoxlamalar R.sadıqovun bu əməlini də üzə çıxara bilər ki, bu halda nəticə etibarı ilə onun həbsi qaçılmaz olacaq.
Bilgili mənbəmiz bildirir ki, həddən artıq oliqarxlaşan “Sadıqov qardaşları” dövlətə və onun rəhbərliyini qarşı sayğısızlıqları ilə də ad çıxardıblar. Əvvəldən “Sadıqovlar qardaşları” qəti müxalifətçı olmaları ilə seçiliblər. Bu baxımdan da onlar hər zaman mövcud hakimiyyətin əlehinə fikirlər səsləndirib, təxribatlar aparıblar. Beyləqandan cumhuriyyet.az-a ötürülən səhih məlumatlarda bildirilir ki, Aztelekom İstehsalat Birliyinin Beyləqan rayon Telekommunikasiya idarəsinin rəisi Ramiz Sadıqov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Tofiq Sadıqovun imkanlarından yararlanaraq yuxarı distansiyalara belə yalan danışmaqdan çəkinmir. (Onu da bildirək ki, R.Sadıqov bu posta AXC hakimiyyəti dönəmində yüksək vəzifə tutan bir siyasətçinin dəstəyi ilə təyin olunub)Ölkə prezidentinin göstərişi ilə bütün rayonların internet vasitəsi ilə təminatı 100 faizli təmin olması baxımından göstərişinə Beyləqan telekommunikasiya İdarəsinin rəisi Ramiz Sadıqov əhəmiyyət vermədən öz maraqlarını üstün tutub. Bu günlrdə Ramiz Sadıqov xeyir duası ilə altı cızılan qanunsuz əməlləri bağışlanılmamalıdır. Qaynağımızın bilgisinə görə prezdentin xüsusi xidmət orqanı tərəfindən Xocavənd icra hakimiyyətinə-prezidentlə bir başa əlaqə yaratmaq üçün dövlət əhmiyyətli internet xətti çəkilərək təmin edilib. Lakin Ramiz Sadıqov bundan da özünə qazanc əldə edə bilib. Ramiz Sadıqov Prezidentlə bir başa əlaqə yaratmaq məqsədi ilə Xocavənd rayon İcra Hakimiyyətinə çəkilmiş xəttə də müdaxilə edə bilib. Mənbə deyir ki, Xocavənd icra hakimiyyətinə verilmiş internet şəbəkəsi 150 kilobayt şərti ilə verilirdisə, Ramiz Sadıqov tərəfindən bu ötürələcək şəbəkinin 100 kb-tı mənimsənilib. Bu fakt isə Aztelekom İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşkarlanıb və problemi aradan qaldırıb. Amma baş verənlərdən belə görünür ki, “Sadıqov qardaşları” heç nədən qorxmadan açıq şəkildə prezidentə qarşı iyrənc addımlar atmaqdan da çəkinmirlər.
Mövzuya qayıdacağıq…

Geri qayıt