Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fazil Məmmədov müavininə necə dərs keçdi...

Fazil Məmmədov müavininə necə dərs keçdi...


24-11-2015, 10:34
Fazil Məmmədov müavininə necə dərs keçdi...
DİA.AZ: - Bir neçə gün əvvəl Vergilər Nazirinin 1-ci müavini Natiq Əmirovun vəzifəsindən alındığı və hətta həbsinə tədarük getdiyi barədə informasiyalar yayıldı. Doğrudur, bu xəbərin ictimailəşməsinin dərhal ardından Natiq Əmirov mətbuat qarşısına çıxaraq bir hesabat xarakterli çıxışı ilə diqqətə gəldi ki, əslində bu da nazir müavininin "məni həbs etməyiblər, yerindəyəm" mesajından başqa bir şey deyildi.

Nə baş verir və nədən durub-dururkən Natiq Əmirovun həbsi xəbəri dövriyyəyə buraxıldı?

Bununla bağlı DİA.AZ-a ilginc informasiyalar daxil olub. Məlumatlı mənbənin iddialarına görə, əslində son zamanlar birbaşa olaraq nazir Fazil Məmmədovla toqquşan, daha doğrusu, Fazil Məmmədov tərəfindən rəqib kimi qəbul edilən Natiq Əmirovun yeganə diskomfort yaratdığı fiqur varsa, elə bu adam nazirin özüdür.

Mənbə iddia edir ki, məhz buna görə də Fazil Məmmədov belə bir "informasiyanın" ictimai rəyi məşğul etməsində maraqlı tərəf kimi görünə bilərdi.

Mənbənin dia-az.life-a söpylədikləri: "Natiq Əmirov çox böyük sürətlə hazırki postuna doğru irəliləyib. Əgər eyni temp müşahidə olunarsa, o zaman Natiq Əmirov ən azından bu ilin sonuna nazir təyin olunmalı idi. Bunun ilkin konturları da cızılmışdı. Həqiqətən də Fazil Məmmədovun seçkilərdən sonra işindən alınması gündəmdə idi.

Amma usta təroənən nazir və onun piarçıları "əsas rəqibi" gözdən salmağa müvəffəq oldular. Artıq Natiq Əmirov iddialarını ertələmək zorundadır".

Mənbə təsdiqləyir ki, Fazil Məmmədovun maraqları daxilində olan bu proses müavinə verilən "qulaqburması" olmaqla yanaşı, həm də davamlı olacaq: "Çünki Əmirov nazir üçün əməlli-başlı problemə çevrilib"...

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt