Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sabirabadın da öz oliqarxı var...

Sabirabadın da öz oliqarxı var...


3-12-2015, 12:46
Sabirabadın da öz oliqarxı var...
Sabirabadda əhali kütləvi şəkildə “Əmin Market” şəbəkəsindən narazıdır.

DİA.AZ gundeminfo.az-a istinadən xəbər verir ki, təkcə rayon sakinləri yox, həmçinin də sahibkarlar da şikayət edir.

«Əmin Market» dükanında əsasən vaxtı keçmiş, mənşəyi bəlli olmayan mallar satılır. Əslində, bu marketlər şəbəkəsinin sahibi Sabirabad da daxil olmaqla bir sıra rayonlara topdansatış qaydasında ərzaq məhsulları verir. Sabirabad sakinləri deyirlər ki, rayon əhalisi arasında «Optavoy Mamed» kimi tanınan iş adamı heç kimlə hesablaşmaq istəmir.

Rayonun Qalaqayın kəndində yerləşən gizli sexində Mamed adlı bu iş adamı şirniyyat və digər gündəlik təlabat mallarının istehsalı ilə məşğul olur. Şikayətçi sakinlər iddia edirlər ki, burada istehsal edilən mallar ölkə qanunvericiliyi ilə heç bir standartlara cavab vermir.

Qalaqayın kəndində istehsal edilən mallar Sabirabad, həmçinin də ətraf Mərkəzi Aran rayonlarına da paylanır. Üzərində saxlama müddəti, istehsalçı adı ilə bağlı olaraq heç bir informasiya olmayan mallar isə xüsusilə «Optavoy Mamed» in dükanlarında «ucuzlaşdırılmış mallar» kimi satışa çıxarılır.

İnformasiyalara görə, bir qədər əvvəl Vergilər Nazirliyinin Şirvan şəhərində yerləşən müvafiq Ərazi Vergilər İdarəsinin əməkdaşları «Əmin Market»də yoxlamalar aparmış və pozuntularla bağlı adıçəkilən iş adamını 100 min manat məbləğində cərimələyib.

Narazı vətəndaşlar iddia edirlər ki, bu marketdə vitrin qiymətləri ilə kassa fiksasiya qiymətləri arasında ciddi fərqlər var. Həmçinin də adıçəkilən marketin «bonus kartları»na yüklənən xallarla bağlı olaraq da hesablaşmalarda istehlakçılar kobud şəkildə aldadılır.

Sabirabadın da öz oliqarxı var...
Sabirabadın da öz oliqarxı var...

Geri qayıt