Əsas Səhifə > Güney Press, Reklam > NIKOIL | Bank-ın Yeni il əmanət aksiyası müştərilərin maraq dairəsindədir!

NIKOIL | Bank-ın Yeni il əmanət aksiyası müştərilərin maraq dairəsindədir!


4-12-2015, 08:37
NIKOIL | Bank-ın Yeni il əmanət aksiyası müştərilərin maraq dairəsindədir!
23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il Nikoil | 2016 əmanət aksiyasına başlayıb və ilk 10 gün ərzində 6 mln. AZN-dən çox vəsait cəlb olunub.

Aksiyanın şərtlərinə əsasən, istənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirə bilər. Belə ki, O, Bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-ci ilə qədər davam edəcək.

Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə bərabər, hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində torba və 20 ədəd müasir smartfon telefon əldə etmək üçün uduşa şans əldə edəcəkdir.

Lotereyanın şərtlərinə əsasən, hər 1000 – 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti 5000 AZN/USD/EUR isə 1 şansa bərabərdir. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edə bilər. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilər. Uduşda, eyni zamanda, hazırda aktiv olan bütün əmanətlər iştirak edir.

Uduş fondu 29 yanvar 2016-ci ildə, Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində oynanılacaqdır.

Bugünki gündə, əmanətlər üzrə məhsul xətti aşağıdakı əmanət növlərindən ibarətdir:

NIKOIL | Vergisiz (maksimal illik gəliri 12% AZN-də və 7,7%-ə qədər USD-də), əmanətin unikallığı ondan ibarətdir ki, əmanət üzrə vergi ödənişləri müştərilərə Bank tərəfindən hədiyyə olunacaq. (http://nikoil.az/az/deposits/d5).

NIKOIL | Sabit (maksimal illik gəliri 14,5%-ə qədər AZN-də, 10%-ə qədəri USD-də və 8%-ə qədəri EUR-da). Bu əmanət növü sığortalanmış və yüksək faiz dərəcəsini özündə birləşdirir. Bu əmanət növündə əmanətin müddəti 3 aydan 60 aya qədərdir (http://nikoil.az/az/deposits/d4).

NIKOIL | Private (maksimal illik gəliri 13,7%-ə qədər AZN-də, 9,1%-ə qədər USD-də və 7,6%-ə qədər EUR-da), ilkin əmanət məbləğinin yüksək olması şərti ilə yüksək faiz dərəcəsi təklif edir. Bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulmuşdur (http://nikoil.az/az/privatbanking/). Cari aksiya ilə əlaqədar daha ətraflı məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Geri qayıt