Əsas Səhifə > Güney Press, Reklam > Bakcell gənclər üçün imkanlar nümayiş etdirir

Bakcell gənclər üçün imkanlar nümayiş etdirir


8-12-2015, 12:11
Bakcell gənclər üçün imkanlar nümayiş etdirir
Bakcell “Bakutel 2015” stendində gənclər üçün imkanlar nümayiş etdirir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn və öz gələcəyini telekommunikasiya sektorunda görən gənclər üçün yaratdığı imkanları nümayiş etdirir. “Bakcell”in stendində “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “AppLab” innovativ mobil developer layihəsinə həsr olunmuş xüsusi güşə yaradılıb. Burada “AppLab”ın indiyə qədərki məzunları - “Bethclip” və xərcim.az layihələrinin rəhbərləri mobil developer proqramları ilə maraqlanan gənclərə ətraflı məlumat verir, öz təcrübələrini onlarla bölüşürlər.

Bundan başqa, onlar Bakcell stendində quraşdırılmış son model 3D printerinin işləmə mexanizmi ilə bağlı maraqlananlara məlumat verir, “Bakcell”in loqosu ilə 3D printerində çap olunmuş müxtəlif əşyaları sərgi ziyarətçilərinə hədiyyə edirlər. Bakcell şirkəti Azərbaycanda mobil proqram tərtibatı sahəsinin zəruri şəraitlə təmin olunması istiqamətində əlindən gələni edir. Məqsəd mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı, Bakcell şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir.

“Bakcell”in stendində “Smart Start” təcrübə proqramına həsr olunmuş guşə də gənclərin sərgidə ən çox baş çəkdikləri yerlərdən biridir. Bakcell şirkətinin insan resursları departamentinin əməkdaşları, eyni zamanda “Smart Start” proqramının ötən ilki məzunları öz gələcəklərini telekommunikasiya sektorunda görən və “Bakcell”də təcrübə keçmək arzusunda olan gənclərə proqram haqqında məlumat verirlər. Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlə tanış olmaq imkanı əldə edirlər. Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə etmək imkanı vəd edir.

Geri qayıt