Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gədəbəyin icra başçısının fəaliyyəti araşdırılır...

Gədəbəyin icra başçısının fəaliyyəti araşdırılır...


9-12-2015, 11:59
Gədəbəyin icra başçısının fəaliyyəti araşdırılır...
DİA.AZ: - Son zamanlar barəsində ən şox şikayət edən dövlət qurumları arasında ilk yerdə gələnlərdən biri də Gədəbəy rayon icra hakimiyyətidir. DİA.AZ-a bu barədə daxil olan informasiyada deyilir ki, Gədəbəyin RİH başçısı Ramiz Yediyarovdan bu günə kimi onlarla sahibkarın və ayrı-ayrı vətəndaşların etdikləri şikayətlər aidiyyatı üzrə yuxarı instansiyalar tərəfindən araşdırılır.

Xəbəri verən mənbə dia-az.life-a açıqlamasında qeyd edir ki, Ramiz Yediyarovdan narazılıq edən iş adamları ilə bağlı məsələ bir neçə dəfə qabardılsa da, himayədarlarının müdaxiləsi ilə bu proses durdurulmuşdu.

Mənbənin söylədikləri: "Amma indi vəziyyət kifayət qədər dəyişib. Ramiz Yediyarovun sahibkarlara münasibəti təftiş edilir. Bir neçə şikayət üzrə araşdırma aparılır. Yaxın vaxtlarda araşdırmaların nəticələri yönündə konkret addımlar da atılacaq. Başçının cəzalandırılması da bu araşdırmaların sonucundan bəlli olacaq".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, bu məsələ ilə bağlı Gədəbəy RİH-dən kimsə DİA.AZ-a danışmaq istəmədi.

Geri qayıt